Türkiyədə seçki: daha 8 şəhərdə sorğu keçirilib - Kim qalib gələcək?
27-03-2024 [09:04]
Qardaş Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkilərinə günlər qalmış bölgələrdə keçirilən sosialoji sorğular gündəmin əsas müzakirəsinə çevrilir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, SONAR Araşdırma Mərkəzinin rəhbəri Hakan Bayrakçı 31 mart seçkiləri ilə bağlı son araşdırmalarını təqdim edib.
O, Ərzurum, Balıkəsir, Muğla, Kocaeli, Bolu, Samsun, Aydın və Manisada keçirilən sorğunun nəticələrini açıqlayıb.
Mərkəzin sorğusuna görə, Ərzurum Böyükşəhər Bələdiyyə sədri vəzifəsinə AKP-li namizəd Mehmet Sekman 71,2 faizlə birinci, İYİ Partiyasının namizədi Fatma Canan Uçar və DEM Partiyasının namizədi Gülderen Varlı 8,8 səslə ikinci olublar.

Böyük maraqla izlənilən Balıkəsir Böyükşəhər Bələdiyyə sədri poztunu da sorğuya əsasən, AK Partiyanın namizədi Yücel Yılmaz 47,1 faizlə qazanacaq.

Onun ən yaxın rəqibi olan CHP-li Əhməd Akın 42.8 faiz səs yığacaq.
Muğlada da Ərdoğanın lideri olduğu AKP-li namizəd ana müxalifətin namizədinə məğlub olacaq.

Belə ki, CHP-nin namizədi Əhməd Aras 38,9faiz səslə birinci, AK Partiya namizədi Aydın Ayaydın isə 36,1 faizlə 2-ci olacaq. Bu şəhərdə İYİ Partiyasının namizədi Metin Ergün 14,6 faiz səs alacaq.
SONAR-ın sorğusuna əsasən, AK Partiyanın iddialı olduğu şəhərlərdən olan Kocaelidə AK Partiya namizədi Tahir Büyükakın 54,9 səslə ən yaxın rəqibi CHP-nin namizədi Atasoy Bilgini 15 xal qabaqlayacaq.

CHP-nin namizədi Atasoy Kocalidə 29,6 səs alaraq məğlub olacaq.
Boluda isə CHP-nin qalmaqallı bələdiyyə sədri Tanju Özcan 56,2 faiz səslə yenidən sədr postunu qazanacaq.

AK Partiya namizədi Məhəmməd Emin Dəmirkol Boluda cəmi 29,1 faiz səs toplaya biləcək, MHP-nin namizədi İlhan Durak isə 10,2 səslə 3-cü yerdə qalacaq.
Samsun Böyükşəhər Bələdiyyə sədri postunu isə AK Partiya namizədi Halit Doğanın 39,3 səslə qazanacağı proqnozlaşdırılır.

İYİ Partiyasının namizədi İmren Nilay Tüfekçi burada ikinci, CHP namizədi Cevat Öncü isə üçüncü yerdə qərarlaşacaq.
Aydın Böyükşəhər Bələdiyyə sədri vəzifəsini isə CHP namizədi Özlem Çerçioğlu 50,9 faiz səslə qazanacaq.

AK Partiya namizədi Mustafa Savaş Aydında 32,6 faiz səslə uduzacaq.
Manisa Böyükşəhər Bələdiyyə vəzifəsinə isə Dövlət Baxçalının lideri olduğu MHP-nin namizədi Cengiz Ergün 48,2 faiz səslə sahiblənəcək.

CHP-nin namizədi Ferdi Zeyrek burada 35,1, İYİ Partiyasının namizədi Gürhan Özcan isə 7,9 səs toplayacaq.
Lamiyə Əhmədli
MİA.AZ
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı