TƏHLÜKƏ DOLU 7 AY: son zərbəni kim vuracaq və ya Moskvadakı olaylar bölgəmizə nə vəd edir? - Siyasi şərhçidən açıqlamalar
24-03-2024 [23:35]
"Moskvada “Crocus Siti Hall”dakı terror hadisəsi bir daha təsdiqləyir ki, qarşıdakı 7 aylıq zaman kəsiyi Qərblə "Rusiya arasındakı qarşıdurma nöqtələrinin hər biri, o cümlədən bizim də daxil olduğumuz coğrafiya - Cənubi Qafqaz - Mərkəzi Asiya xətti ölkələri üçün ən gərgin və həlledici dövr, həm də ən mürəkkəb əməliyyatların hazırlanıb həyata keçiriləcəyi dönəm olacaq".
Mia.az xəbər verir ki, bu sözləri Ədalət Partiyasının sədr müavini, siyasi məsələlər üzrə şərhçi Elxan Şükürlü Moskvadakı son terror aktına münasibətdə deyib.
Onun sözlərinə görə, bu istiqamətdə dəfələrlə çıxış edib:

ELXAN ŞÜKÜRLÜ
"Hakimiyyətə gəldiyi gündən Rusiya prezidenti Putini və Türkiyə prezidenti Ərdoğanı hədəf seçərək yıxmağı vəd edən, ancaq bu istiqamətdəki bütün cəhdləri iflasa uğrayan ABŞ prezidenti Baydenin siyasi ömrünün bitməsinə cəmisi 7 ay qalıb və o, 7 aydan sonra – noyabrın 5-də ABŞ-da təkrar prezident seçilmək iddiasındadır!
Bayden komandasının Türkiyədə dəstəklədiyi qüvvələr 2023-ün mayında Ərdoğana uduzdular; Ukrayna üzərindəki 2 illik amansız savaş isə Putinin 2024-cü ilin 17 martında yenidən prezident seçilməsinin önünü kəsə bilmədi; hətta Türkiyə-Rusiya münasibətlərində əsas körpü, bağ rolunu oynayan və Qərbin möhkəmlənməyə can atdığı Azərbaycanda da bu aralıqda - 2024-cü ilin 7 fevralında növbədənkənar seçki keçirildi və Ərdoğan-Putin ikilisinin ciddi dəstək verdiyi Əliyev qalib gəldi...
Beləliklə, indi Bayden üçün ən kritik vaxtda həmlə növbəsi “Qarabağ İttifaqı”nın – Baydenin yıxa bilmədiyi şəxslərindir.
Bayden Ukrayna, Cənubi Qafqaz və Yaxın Şərqdə uğursuzluğa düçar olduqca, bu, yaxınlaşan seçkilərdə onun ABŞ ictimai rəyində nüfuzuna zərbə vurmaqla, daxildə əsas rəqibinin – Rusiya, Türkiyə və Azərbaycan rəhbərliyi ilə normal şəxsi münasibətləri olan Donald Trampın mövqeyini xeyli gücləndirəcək. Elə buna görə də Bayden hökuməti maksimum dərəcədə çalışacaq ki, qarşıdakı 7 ayda hər üç istiqamətdə həm Putinin, həm də Ərdoğanın onun mövqeyini zəiflədəcək həmlələrinin qarşısını alsın, eyni zamanda, Rusiya-Türkiyə əməkdaşlığını gücləndirəcək bütün layihələrə son zərbələrini vursun".
Elxan Şükürlü bildirib ki, Moskvada Trampa yaxın, azərbaycanlı iş adamına məxsus “Crocus Siti”dəki terrorun sifarişçilərinin kimliyi haqda ən müxtəlif versiyalar üzərində durmaq mümkün olsa da, hadisənin əsas sifarişçilərindən izi azdırmaq üçün bilərəkdən buraxılan “dəlillərin” məhz Rusiya ilə Türkiyəni, Rusiya ilə bütövlükdə İslam dünyasını üzə-üzə gətirməyə hesablanıldığı daha çox diqqət çəkir:
"Ehtimal ki, bu terroru “tacik miqrantlar”ın əliylə planlaşdıranların əsas məqsədi, bir tərəfdən, Ukraynada genişmiqyaslı hücuma hazırlaşan Rusiyanın diqqətini yayındırmaq və başını öz daxilinə qatmaqdırsa, o biri tərəfdən də, Rusiyanın Mərkəzi Asiyadan və Azərbaycandan olan miqrantlarla bağlı mövqeyinin sərtləşdirilməsinə nail olmaqla, Türkiyə ilə münasibətlərinin korlanmasına çalışmaqdır.
Yeri gəlmişkən, o fakta da diqqət yetirək ki, Moskvadakı terrorla eyni vaxtda ABŞ, Rusiya, Çin və Türkiyə üçün strateji əhəmiyyətli başqa bir ölkədə - KTMT və TDT üzvü Qırğızıstanda da dövlət xadiminə sui-qəd ittihamıyla 5 azərbaycanlı həbs olunub...".
Siyasi şərhçinin fikrincə, Qərb xüsusi xidmət orqanları Rusiyanın diqqətini Ukraynadan yayındırmaq üçün həm Rusiyanın daxilində, həm də Cənubi Qafqaz-Mərkəzi Asiya xətti boyunca Rusiya əleyhinə ikinci cəbhənin açılması istiqamətində çox fəal işə başlayıblar və bunun da ilk açıq siqnalı da NATO baş katibi Stoltenbeqin Cənubi Qafqaza qəfil səfəriylə və bu regiondan Putin əleyhinə səsləndirdiyi təxribatçı bəyantlarıyla verilib: "Şübhəsiz ki, Rusiya Qərbin onun ətrafında həlqəni necə daraltdığını yaxşı görür, əməliyyat planlarından da məlumatlıdır və divin canının şüşədə olduğu kimi, Baydenin canının da Ukraynadakı əməliyyatlardan asılı olduğunu çox yaxşı bilir.
Keçmiş KQB zabiti Putinin Moskva terrorunu Qərbin çəkdiyi cinahlara deyil, məhz bilərəkdən öz bildiyi səmtə - Ukrayna üzərinə yönəltməsi də bir daha sübut edir ki, o, böyük böhranı böyük fürsətə çevirməklə, Baydenə son zərbəsini də məhz Ukrayna torpaqlarında endirməyə hazırlaşır!".
Samir Musayev
MİA.AZ
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı