Daha iki tanınmış hakim təqaüdə göndərilir

img

22-03-2024 [13:12]


Bakı Ağır Cinayətlər Məhkəməsinin iki tanınmış hakimi təqaüdə göndərilir.

Məlumata görə, onlar Əhməd Quliyev və Mahmud Ağalarovdur.

Yaş həddi ilə bağlı artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Hazırda araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra hakimlik fəaliyyətlərini tamamlayacaqlar.

Qeyd edək ki, 65 yaşlı Ə.Quliyev və M.Ağalarov uzun illərdir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləridir. Onların icraatında ölkə gündəmində olan bir çox səs-küylü məhkəmə işləri olub(Qafqazinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA