Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22-03-2024 [00:07]
Qoç - yaşlı qohumlarla ünsiyyət və təmaslarda diqqətli, həsas olun. Münaqişə və anlaşılmazlıqlara son qoymaq, ümumi planları müzakirə etmək, mühüm işə başlamaq olar. Plan və ideyalarınızı mümkün qədər qısa müddətdə gerçəkləşdirmək istəyirsinizsə, məsləhətlərə qulaq asın. Önəmli qərarın qəbulunda tələsməyin. Liderlik məziyyətlərinin nümayişi üçün ən uğurlu gün deyil.
Günün ikinci yarısında qətiyyətli və qərarlı, əzmli və iradəli olun. Passiv olmayın, ən kiçik problemdən sonra geri çəkilməyin. Axşam saatları hadisələrlə zəngin, maraqlı olacaq.
Buğa - soyuqqanlı davransanız, ciddi uğurlar əldə edə bilərsiniz. Məqsədə doğru aparan yolda yarana biləcək çətinliklərdən və probelmlərdən çəkinməyərək ciddi və mürəkkəb işə başlaya bilərsiniz. Uzaqda olmalarına rəğmən xoş və səmimi münasibətlər qurduğunuz insanlardan birindən yaxşı xəbər alacaqsınız. Günün ikinci yarısında alış-veriş etmək olar. Geyim, məişət əşyaları, elektronika almaq olar. Axşam saatlarını özünüzə həsr edin.
Əkizlər - günün ilk yarısında mühüm işlərə başlamayın. Yaşam potensialı aşağı səviyyədə olduğundan diqqəti cəmləmək və başlanan işi sona çatdırmaq asan deyil. Rutin işləri yerinə yetirməklə yanaşı, maraqlı olan məşğuliyyətə başlaya bilərsiniz.
Günün ikinci yarısında aktiv, məhsuldar çalışın. Çox işləri görmək, ciddi nəticələrə nail olmaq imkanları var. İşgüzar intuisiyanız pis deyil. İtkilərdən qorxmayaraq sövdələşmə və anlaşmaları reallaşdırın.
Xərçəng - bilik, təcrübə və dünyagörüşünün artırılması üçün əlverişli zamandır. Faydasız işlə məşğul olduğunuzu düşünə bilərsiniz. Lakin belə deyil. Bu gün əldə edəcəyiniz istənilən məlumat və informasiya, təcürbə bir müddəti sonra karınıza gələcək. Təkbaşına yola çıxsanız da, təəssüratlar yetərincə olacaq. Maraqlı tanışlıqlar, xoş yol yoldaşı istisna deyil. Günün ikinci yarısında əhvalınızla yanaşı, səhhətiniz də normal olacaq. Axşam saatlarına yaxın kiçik problemlər yaransa da, onları dəf edəcəksiniz.
Şir - önəmli və təxirəsalınmaz həll tələb edən məsələləri sürətlə, yanlışlıqlara yol vermədən çözməyə çalışın. Sağlam məntiq və intuisiyaya güvənin. Çətin vəziyyətə düşmüş insanlara məsləhət verməklə yanaşı, zəruri yardımlar göstərin. Yaşlı qohumlardan birinin sizə sürprizi var.
Günün ikinci yarısında xərclər gözləntilərinizdən də artıq ola bilər. Maliyyə fonu əlverişlidir, yaxşı məbləğdə pul alacaqsınız. Axşam saatlarında aktiv istirahəti seçin. İmkan varsa, gəzintiyə çıxın.
Qız - müttəfiqləri dürüst seçsəniz, plan və ideyanı reallaşdırmaq çətin olmayacaq. Etibar etdiyiniz, sizə sədaqətini dəfələrlə sübut etmiş insana bel bağlaya bilərsiniz. Yaranmış situasiyanın özəlliklərini mümkün qədər tez ayırd edin. Müstəqil qərarlar qəbul etməlisiniz. Əks təqdirdə ən xırda məsələləri, detalları və təfərrüatları nəzarətdə saxlamalı olacaqsınız. Günün ikinci yarısında pul əldə edəcək, hədiyyə alacaqsınız. Romantik təmaslar pis keçməyəcək. Rəğbətini qazanmaq istədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz. İmiclə eksperimentlər də yolveriləndir. Nəticə gözlənilməz olsa da, razı qalacaqsınız.
Tərəzi - gərgin, emosional, ağır gün olacaq. Baş verən olaylara sərt reaksiya verməyin, hər xırda məsələni ürəyinizə salmayın. Təmkinli və soyuqqanlı olmasanız, ətrafınızda yaşanan hadisələri adekvat dəyərləndirə bilməyəcəksiniz. Dəyər verdiyiniz insanlardan biri əhvalınıızı yaxşılaşcıdaracaq, sizə sevinc və nikbinlik bəxş edəcək.
Yaşam potensialının səviyyəsi aşağı düşəcək. Bu səbəbdən də günün ikinci yarısında ağır fiziki işə başlamayın, özünüzü ifrat dərəcə yormayın. Axşam saatlarını yaxınlarınızın əhatəsində keçirin. İnsanların çox olduğu məkanlara yollanmaq üçün əlverişli gün deyil.
Əqrəb - özünüzlə bahəm, yaxınlarınız üçün önəmli olan məsələləri təkbaşına, müstəqil şəkildə həll etməli olacaqsınız. Mövqelərinizin və seçdiyiniz yolun səhihliyinə şübhə etməyin. Əks təqdirdə məsuliyyət yükünü daşımaq çətin olacaq. Heç bir real səbəb olmadan sizdən incimiş insanla münasibətləri bərpa etməyə çalışın.
Yeni tanışlıqlara nail olmaq istəyirsinizsə, vaxtınızı evdə keçirməyin. Axşam saatlarında gəzintiyə çıxın, aktiv istirahət edin. Dostlarla görüş, qonaq yollanmaq da pis deyil. Romantik münasibətlərə başlamaq üçün pis gün deyil.
Oxatan - xırda və mənasız məsələlərə görə həyəcanlanmayın. Təmkinli olsanız, gün uğurlu alınacaq. İkinci dərəcəli məsələni əsas məqamlardan ayırın. Çətin situasiyada yaşlı və təcrübəli qohumlardan, yaxud da dostlardan məsləhət alın. Onların sözlərindən sonra mövcud situasiyaya fərqli baxacaqsınız. Bədxahlarla rəqiblər sizə mane olmağa çalışacaqlar. Onların planlarını alt-üst edin.
Günün ikinci yarısında süst davranmayın. İşlərinizi rəqabət ruhu ilə görün. Özünüzü həddən ziyadə yormasanız, səhhətinizdə problemlər yaranmayacaq.
Oğlaq - gün darıxdırıcı olmayacaq. Səhər saatlarında alacağınız məlumat və ya informasiya planlara dəyişikliklər zərurəti yaradır. Narahat olmayın, təlaşa qapılmayın. Yeniliklərin tam əksəriyyəti sizin maraqlarınız çərçivəsindədir. Son vaxtlar darıxdığınız insanla görüşmək imkanını əldən verməyin. Münasibətlərinizdə nə zamansa problemlər olubsa belə, həmin məqamlar qarşılıqlı anlaşmaya mane olmayacaq. Bir çox sahələrdə yaradıcılıq eksperimentləri üçün uğurlu zamandır. Qərarlarınız orijinal və uğurlu olacaq. Səhhətinizin qeydinə qalın.
Dolça - tamamilə yeni, indiyədək görmədiyiniz işi yerinə yetirməli olacaqsınız. İlk əvvəl bu iş çətin və ağır təsir bağışlayacaq. Lakin bir qədər sonra təfərrüatlara varacaq və görəcəksiniz ki, hər şey o qədər də mürəkkəb deyilmiş. Təcrübəli, bilikli insanlardan yaxşı məsləhətlər ala bilərsiniz. Onlardan biri ilə dostlaşmağınız istisna deyil.
Günün ikinci yarısında maliyyə çətinlikləri yarana bilər. Planlaşdırılmış alış-verişdən imtina edin. Mənfi təmayüllərin təsiri uzun çəkməyəcək. Axşam saatlarında pul alacaqsınız. Gözləntiləriniz doğrulacaq.
Balıqlar - tələsməyin, düşünülməmiş addımlar atmayın. İşlər çox olsa belə, təmkinlə davransanız, olnların öhdəsindən gələcəksiniz. Mühüm məsələlərin həllini günün ikinci yarısına saxlayın. Diqqətli və sayıq olun, bütün amilləri nəzərə alın. Təcrübəsinə şübhə etmədiyiniz insanların məsləhətlərinə qulaq asın.
Axşam saatları romantik ünsiyyət, sevimli insanla təmaslar üçün əlverişli zamandır. Dəyər verdiyiyiz insan üçün pozitiv, nikbin ortam yaradın. Qeyri-adi nə isə təklif etməkdən çəkinməyin. Təşəbbüsünüzü dəstəkləyəcəklər.
Milli.Az
Sabahın hava proqnozu açıqlandı
Mütəllim Rəhimli partiya sədri seçilib
General Faiq Məmmədov vəzifədən azad olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident İlham Əliyev fərman verdi - Məmurlarla bağlı
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Tokayevə zəng etdi - Nələr müzakirə olunub?
Azərbaycan nefti bahalaşıb
1370 manat maaş alan sabiq nazir: "1000 manat maaşla heç bir alim ailə dolandıra bilməz"
Nazir deputatın qızını direktor təyin etdi
Prezidentdən kübar davranış... - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Volkan Dəmirəl super liqanın yeni komandası ilə danışıqlar aparır
ÇİNDƏN ABŞ və AVROPANI QORXUYA SALAN GİZLİ HƏMLƏ - Günəş panellərinə "ölüm cihazları" yerləşdirilib
Rusiya və Ukrayna 1000 hərbi əsiri dəyişəcək - İstanbulda əsir mübadiləsində anlaşma oldu
Ayağı kəsiləcək deyilən Mert Hakan Yandaşdan açıqlama: "Meydana dönməyi səbrsizliklə gözləyirəm"
İki ölkə Suriyanın Dünya Bankına borcunu ödəyib
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Babayan, Mnatsakanyan və... - Bakıda növbəti məhkəmə + FOTOLAR
Qayıdış nəğməsi
Makron: "Putinin davranışı qəbuledilməzdir"
Starmer Tiranada: "Ukrayna sülh istəyir, lakin Putin..."
Oleq Bakinski yenə hakim qarşısına çıxarıldı
Əfv Məsələləri Komissiyası daha 100-dən artıq müraciətə baxıb
İlham Əliyev Tiranada - Prezident “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısına qatılıb (Yenilənib)
Deputat Milli Məclisdə: "Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və..."
Prezident İlham Əliyev Ərdoğanla görüşüb - VİDEO
Cahangir Əsgərov "Premium Bank" ASC-nin əsas səhmdarı olub
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu
Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Nələr müzakirə olunub* + FOTOLAR
Sənan Hüseynov Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilib - FOTO
Cinayət-Prosessual Məcəlləsi dəyişdi - Bank hesablarından oğurluq hallarına 24 saat ərzində baxılacaq
Abortla bağlı cəzalar sərtləşəcək - Yeni qanun
“Fənərbağça” daha bir futbolçu ilə müqaviləni yeniləyib - Açıqlama
Şəhid Yusif Məmmədov dəfn olunub - Sumqayıtda
General Milli Məclisdə hesabat verdi - İnsan alveri ilə bağlı
Sabahın hava proqnozu açıqlanıb
“Əmək pensiyaları haqqında” qanun dəyişdi - Əlavələr var