"Güllələr tək-tək atıldı..." - Deputat Fazil Mustafaya sui-qəsd cəhdiylə bağlı məhkəmə prosesi
16-03-2024 [19:59]
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda şahidlər dindirilib.
İlk olaraq iş üzrə şahid Elməddin Əliyev ifadə verib.
"Evdə idim. Çöldə səsə çıxdım. Küçənin başına getdim. Geri qayıdanda qabağımdan kapşonlu bir nəfər getdi. Üzünü görmədim, çünki kapşonu vardı. Sonradan çönüb arxaya baxanda belində boz çanta olduğunu gördüm".
Daha sonra şahidin istintaqa verdiyi ifadə elan edilib: "Hadisə günü işdən çıxıb evə gəlmişdim. Daha sonra evdə atamla söhbət etdim. Daha sonra işim olduğu üçün həyətə düşdüm. Həyətdə olanda atəş səsi eşitdim. Birinci atəşdən sonra 3-4 atəş səsi daha eşitdim. Polis olduğum üçün qaçaraq küçəyə çıxdım. Küçənin başına qədər getdim. Avtomobil yoluna qədər gedib dayandım. Daha sonra geri qayıdanda qarşımdan bir nəfər keçdi. Başında kapşon vardı. Əllərini cibinə qoymuşdu. Çox soyuqqanlı davranırdı. İri cüssəli bir nəfər idi. Yanımdan keçəndə yerə tüpürdü. Bu da mənim xoşuma gəlmədi. Çünki, küçədə yaşayan olsa, məni tanıyıb salam verərdi. Çöndüm arxasınca baxanda, belində boz çanta olduğunu gördüm. Mən heç nə bilmədim və evə geri döndüm. Daha sonra polis maşınlarının səsini eşitdim. Təzədən küçəyə çıxanda, küçədə çoxlu polis var idi. Bu zaman nə baş verdiyini öyrəndim".
Daha sonra təqsirləndirilən şəxs Səbuhi Şirinovun evində axtarış zamanı iştirak edən hal şahidləri ifadə verib. Onlar evdə aparılan axtarış zamanı dini kitabların və 15 min manat pul məbləğinin aşkar edildiyinə şahidlik ediblər.
Sonda iş üzrə şahid qismində İslam Zeynalov ifadə verib. O hal şahidi yox, səs şahidi olduğunu deyib:
"1994-cü ildən hərbçi olmuşam. Həyətdə olanda 6-7 güllə səsi eşitdim. Səsin 7.62 kalibrli silaha aid olduğunu anladım. Güllələr tək-tək atıldı. Neçə ildir hərbçi olduğum üçün səsin hansı kalibrli silaha aid olduğunu anladım".
Növbəti məhkəmə iclası martın 29-na təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytdə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı