Qusarda əməliyyat: bu şəxslər tutulub - FOTO

img

13-03-2024 [11:57]


Qusar Rayonunda narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən şəxslər həbs olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Mia.az-a bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən Xaçmaz rayon sakini Talıbov Murad və Qusar rayon sakini Asvarov Omar saxlanılıblar.

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA