"Azərlotereya"nın görünməyən tərəfi: gizli PR anlaşmaları, rəqibi "vurmaq", sürətlə artan "toçka"lar... - Dövlət qurumu və deputatdan açıqlamalar
08-03-2024 [14:54]
Azərbaycanda yeni bir bəla xərçəng xəstəliyi kimi sürətlə yayılmaqdadır.
Mia.az xəbər verir ki, ilk baxışdan başgicəlləndirici görünən lotereya oyunları artıq ölkəni, xüsusilə onun kasıb təbəqəsini ovucuna alıb.
Qısa bir zamanda əhali müxtəlif təbliğat vasitələri ilə aldadılaraq "qumarxana"lara yönləndirilib. Hətta elə insanlar var ki, "Topaz", "Misli", "Poz-qazan", eyni zamanda, "Azərlotereya"ya aid mərc oyunlarında nəinki maaşını, hətta əmlakını belə uduzub, ailələri dağılıb.
Ancaq buna baxmayaraq, mərc oyunlarına günü gündən daha dda geniş formada təşviq olunmaqdadır. Hətta , "Azərlotereya" ASC və onun mərc və digər oyunlarının təbliğatını aparan PR şirlkətlər anlaşdıqları şəxs və ya media qurumları vasitəsilə internet üzərindən yayımlanan rəqiblərini "vurdururlar". Maraqlıdır ki, ASC bu məqsədlə bir sıra tiktokerlərlə də anlaşıblar. Bu anlaşmanın detalları barədə Mia.az-da ayrıca araşdırma olacaq.
Hələlik isə onu deyək ki, artıq "qumar bileti" satışları günü gündən göbələk kimi artır. Hətta bəzən metrostansiya qarşıları, səkilər "toçka"larla "həngamə"yə çevrilir...
Bəs, "Azərlotereya" ASC-tə bu qədər "toçka" açmağa kim və necə icazə verir? Kimdir bu imkanı ASC-yə yaradan?
Məsələ ilə bağlı Bakı şəhər Ticarət və Xidmət Departamentindən Referans.az-a bildirilib ki, müvafiq qaydalara uyğun olaraq səyyar satışa icazə verilə bilər: "Satış üçün xüsusi qaydalar və normalar mövcuddur. Satışı edən şəxs də müvafiq meyarlara uyğundursa, bu zaman şəhərin küçələrində satış edə bilər, lakin insanların gediş-gəlişinə mane olmamaq şərti ilə. Yəni, satışa icazənin verilməsi şəxsin harada gəldi, necə gəldi və nə istəyir onu sata biləcəyi anlamına gəlmir. Hər hansısa bir səyyar satışdan söhbət gedirsə, bütün meyarla uyğun olmalıdır...".
Milli Məclisin deputatı Vahid Əhmədov isə deyib ki, insanların bu kimi işlərə pul verməməsi üçün kütləvi maarifləndirmə tədbirləri keçirilməlidir: "“Azərlotereyanı türklərə verdilər və bundan sonra kütləvi şəkildə küçələrdə bir çox oyunlar yayılmağa başladı. Onlar da pul qazanmağı nəzərə alırlar. Çünki əhalinin əksəriyyəti bu kimi oyunlarda öz şanslarını sınayırlar, amma təşkilatçılara nə qədər xeyir verdiklərindən xəbərləri yoxdur. Vətəndaşlar inanmasınlar ki, bu şəkildə külli miqdarda qazanc əldə edə bilərlər. Çünki bu, mümkün deyil”.
Deputat qeyd edir ki, müəyyən kütlənin bu sahəyə maraq göstərməsi mərc oyunlarının yayılmasına səbəb olur.
Onun sözlərinə görə, 100 nəfərdən 5-i uduş əldə edərsə belə, bu elə də böyük məbləğ olmur: "Amma daha yaxşı olardı ki, bu kimi işlər qapalı yerlərdə həyata keçirilsin".
Fərid
MİA.AZ
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib