Azərbaycanlı deputat atı şahə qaldırdı -FOTOLAR

img

23-06-2014 [11:23]


Millət vəkili İqbal Məmmədov öz facebook profilində maraqlı fotolar paylaşıb. Modern.az xəbər verir ki, o, atlara olan sevgisindən və doğma yeri Lerikdən yazıb:

"Mən doğma elim obam olan Leriklə nəfəs alıram. Bizim demək olar ki, asudə vaxtımız olmur. Ancaq, azacıq da olsa vaxt tapan kimi özümü Lerikə çatdırıram. Təbii ki, rayonda da tedbirlər və daim seçicilərlə keçirdiyimiz səyyar qəbullar proqramımızı boş saxlamır. Stresli və gərgin iş yorğunluğundan dincəlməyim isə çox sevdiyim atlarla mümkün olur. Ümumiyyətlə sevdiyim iki idman növü var: yay aylarında at sürmək, qışda isə xizək. At insanlara xidmət üçün yaradılmış ən sədaqətli heyvanlardandır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA