"Trabzonspor" uduzub

img

04-03-2024 [23:49]


Türkiyə Superliqasının 28-ci turunda "Trabzonspor" səfərdə "Korendon Alanyaspor"la qarşılaşmadan məğlub ayrılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qara dəıniz komandası "Korendon Alanyaspor"a 3:1 hesabı ilə uduzub.

Qarşılaşmada meydan sahiblərinin qollarını 8 və 38-ci dəqiqələrdə Oğuz Aydın, 73-cü dəqiqədə isə Efecan Karaca vurub. 

"Trabzonspor"un yeganə qoluna isə 90+5-də Nikolas Pepe imza atıb.

Bu nəticədən sonra "Alanyaspor" xalını 33-ə çatdırıb və 13-0cü pilləyə yüksəlib. "Trabzonspor" isə 46 xalla 3-cü yerdə qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR