Bakı və İrəvan arasında “Villa Borsig” razılaşması: nə baş verdi? (TƏHLİL)
01-03-2024 [16:19]
28-29 fevral tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlində görüşlər keçirilib.
Görüşü ümumi mənada müsbət adlandırmaq olar. Belə ki, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.
Villa Borsig
Diqqətçəkən məqam Almaniyanın xarici işlər naziri Annalena Berbokun vasitəçi kimi bütün detallara diqqət etməsidir. Yəni tərəfləri narazı salacaq heç bir nüans yox idi. Nazirlərin Berlindəki “Villa Borsig”də bir araya gəlib danışıqlar aparması da mühüm məqam idi.
Görünən odur ki, Berbok Bakı ilə İrəvan arasında etimad mühitinin yaranması, habelə ölkəsinin tərəfsizliyi baxımdan Bayramovla Mirzoyanın müzakirələrini həm də qeyri-rəsmi atmosferdə təşkil edib.
Xatırladım ki, fevralın 16-də Münhendə Prezident İlham Əliyev, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan üçtərəfli görüş zamanı da Berlin bənzər həssasiyyəti göstərmiş, tərəfləri narazı salacaq nüanslara yol verməmişdi.
Danışıqların Berlin raundu
Görüşlə bağlı digər mühüm məqam da tərəflərin nümayəndə heyətinin tərkibidir. Belə ki, Azərbaycanı XİN başçısı Ceyhun Bayramovla yanaşı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev, XİN sözçüsü Ayxan Hacızadə və başqaları təmsil edib.
Ermənistan nümayəndə heyətinin tərkibində isə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan, ölkənin Almaniyadakı səfiri Viktor Enqibaryan və başqaları iştirak edib.
Nümayəndə heyətlərinin tərkibindən də aydın olur ki, tərəflər arasında birdən çox məsələ müzakirə edilib.
Görüş zamanı əldə edilən mümkün razılıqlar isə bunlardır:
1. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasının mümkünlüyü bir daha bütün tərəflər səviyyəsində qeyd edilib;
2. Almaniya normallaşma istiqamətində hər iki tərəfi dəstəkləməyə davam edəcəyini bildirib;
3. Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar;
4. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanıb;
Yuxarıda qeyd edilənlərin baş tutması üçün ilk növbədə regionda sabitlik olmalıdır. Almaniyadan fərqli olaraq isə Fransa Ermənistanı sürətlə silahlandırır və yeni müharibə üçün əlindən gələni edir.
Regionda gərginlik artmayacağı və şərti dövlət sərhədində Ermənistanın təxribatları olmayacağı təqdirdə yuxarıda maddələrin icrası mümkündür.
Turan Rzayev
MİA.AZ
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib