21-06-2014 [18:30]
Keçmiş hərəkatçı Asəf Quliyevin 1993-cü ildə ölkədə Surət Hüseynovun
başladığı qiyamdan sonra Naxçıvana – Kələkiyə gedən mərhum Əbülfəz Elçibəyin
Fərəc Quliyevi kəskin danlayaraq söydüyü haqda verdiyi açıqlamaya qarşı
tərəfdən sərt cavab gəlib.
Bu barədə Mia.az-da xəbər getdiyindən qarşı tərəf məlumatın saytımızda yayımlanmasını istəyib. Mia.az olaraq qarşı tərəfin fikrinə hörmətlə yanaşır və Fərəc Quliyevin münsibətini qısa ixtisarla təqdim edirik:
«...Həmin "beşinci kalon”un Azərbaycanda yaratdığı Milli Şuranın mitinq komitəsinin sədri olmuş Asəf Quliyev eks-prezident Əbülfəz Elçibəyin 1993-cü ildə Kələkiyə getməsinin ildönümüylə bağlı mətbuata verdiyi açıqlamada belə bir ifadə işlədib ki, "Bəy Kələkiyə çatanda Fərəc Quliyevi söyüb və baş verənlərə görə onun baiskar olduğunu deyib”.
Əslində burda məqsədli olaraq, bir gedişlə iki hədəf nəzərdə tutulub. Birinci məqsəd Milli lider Əbülfəz Elçibəyin şəxsiyyətinə çamur atmaqdır. Əbülfəz Elçibəyin bütün yaxın ətrafı bilir ki, o nəinki söyüş söyən, heç həqarəti-təhqiri belə dilinə almayan bir şəxsiyyət idi. Onun bu keyfiyyətini əslində bütün xalq bilir. Bir şəxsiyyət kimi mükəmməl bir lider olan Əbülfəz Elçibəy haqqında bu cür ucuz ifadələr işlətmək, əslində çılız təfəkkürün məhsulundan başqa bir şey deyil.
Həm də, Əbülfəz Elçibəyin 1993-cü ildə Bakını tərk etməsi, kiminsə
göstərişi və məsləhəti ilə deyil, Azərbaycan xalqını vətəndaş müharibəsindən
qurtarmaq məqsədiylə atılmış bir addım olduğunu hər kəs bilir. Milli Azadlıq
Hərəkatının lideri, 1992-ci ildə xalqın böyük etimadı ilə prezident seçilmiş,
dəmir iradəli, Milli lider Əbülfəz Elçibəyin öz atdığı addımlarda kimisə
günahlandırmasını söyləmək sağlam düşüncənin məntiqi ola bilməz.
O ki, qaldı Əbülfəz Elçibəyin Fərəc Quliyevə münasibəti, onun haqqındakı düşüncələri və həmin dönəmdəki fəaliyyətinə verdiyi qiymətə, bunu Əbülfəz Elçibəyin öz dilindən təqdim edirik. 1999-cu ildə çap edilmiş, "Elçibəylə 13 saat üz-üzə” kitabının 202-203 səhifələrində Ədalət Tahirzadəyə verdiyi müsahibəsində Əbülfəz Elçibəy bildirir ki, biz Fərəc Quliyevin ortaya qoyduğu mövqe ilə getsəydik daha düzgün hərəkət etmiş olardıq.
Əbülfəz Elçibəy: "Sonra elə oldu ki, Azərbaycanda hərbi vəziyyət kəskinləşdi. Belə şəraitdə Xalq Cəbhəsi daha kəskin və sərt çıxış etməliydi. Buna görə də İcraiyyə Komitəsinə Fərəc Quluyevi gətirdik. O, hərbçilərlə açıq və sərt danışa bilirdi. Müdafiə naziri də, daxili işlər naziri də onunla ehtiyatlı danışırdılar. Fərəc bəy onları yerində oturda bilirdi, çünki həm də millət vəkilidi. O, birinci dəfə olaraq Rəhim Qazıyev və Surət Hüseynov haqqında bəyanat verdi. Biz bu sərtliklə getsəydik daha düzgün hərəkət etmiş olardıq, ancaq, təəssüf ki, mövqeyimizi yumşaltdıq. Bu adamların ikisi də hələ onda həbs olunmalıydı”.
Mia.az
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib