Türkiyədə daha iki cinayətkar dəstə çökdürülüb - 37 nəfər saxlanılıb

img

29-02-2024 [09:44]


Türkiyədə daha iki cinayətkar dəstə çökdürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat yayıb.

Nazir bildirib ki, Aydın və Hatay başda olmaqla 9 şəhərdə eyni vaxtda "Qəfəs-50" kod adlı əməliyyatlar keçirilib.

Əməliyyatlar nəticəsində müxtəlif cinayətlərdə adları hallanan iki mütəşəkkil cinayətkar təşkilatın liderləri də başda olmaqla 37 nəfərə qandallanıb: "Hatayda B.Ç. və M.Ç.-nin lideri olduğu və Aydında Hüseyn Avni Demirkolun başçılıq etdiyi iki ayrı cinayət təşkilatı çökdürülüb, onların özləri də daxil 37 nəfərə həbs olunub".

Nazir qeyd edib ki, əməliyyatlar zamanı maddi sübutlar da ələ keçirilib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR