20-06-2014 [16:46]
Göyçayda yenicə ailə quran 19 yaşlı gəlin evdən qaçıb. Bu barədə gəlinin atası Məzahir İsmayılov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, qızı, 1995-ci il təvəllüdlü Zemfira Məzahir qızı İsmayılova iyunun 9-də gəlin köçdüyü ər evindən naməlum istiqamətə çıxıb və geri qayıtmayıb. Atanın sözlərinə görə, qızı evdən çıxarkən şəxsiyyət vəsiqəsini də götürübmüş.
Qeyd edək ki, 19 yaşlı Zemfira İsmayılova bu ilin fevral ayında Göyçay rayonuna gəlin köçüb. Qızını uzaq qohumları 1985-ci il təvəllüdlü Elçin Səyavuş oğlu Abbasovaya veriblər. Ərə gedəndən sonra qızının ər evində hər şey qaydasında olub. Lakin sonradan Zemfiranın qaynanası ilə problemləri yaranıb.
İyun ayının 9-da isə Elçin qaynatasına zəng vuraraq arvadının evdən qaçdığını deyib.
"Əvvəldən qız Elçinə getmək istəmirdi. Nişanlanandan sonra xəbər tutmuşdu ki, Elçin evli olub və uşağı da var. Lakin sonradan aralarında razılığa gəlib evləndilər. Hər şey qaydasında idi. Kürəkənim mənə zəng burub deyəndə ki, qızın qaçıb, şoka düşdüm”, - deyə atası Məzahir İsmayılov vurğuladı.
Məzahir İsmayılov onu da əlavə etdi ki, Elçin sonradan Zemfiranın onu aldatdığı barədə bildirib. Kürəkənin iddiasına görə, Zemfira İsmayılova "Facebook” sosial şəbəkəsində başqa biri ilə danışırmış. Sonradan qadının mobil telefon vasitəsilə elə əhmin şəxslə də mesajlaşdığını biliblər.
"Eçin əvvəlcə dedi ki, guya Zemfira evdən gedən zaman evdəki qızılları da aparıb. Amma sonra kürəkənim bildirdi ki, əslində qız ancaq şəxsiyyət vəsiqəsini götürüb. Qızılları isə götürməyib”, - deyə Məzahir İsmayılov əlavə edib.
Məsələ aydınlıq gətirmək üçün Zemfira İsmayılovanın həyat yoldaşı Elçin Abbasovla əlaqə saxladıq. Elçin Abbasovun verdiyi məlumata görə, evləndiyi gündən bu günə qədər heç bir problem yaranmayıb. Qadın nə istəyirmiş, əri onu yerinə yetirib.
"Zemfiranın evdən qaçması mənə çox pis təsir etdi. Mən özüm hüquq işçisiyəm. Araşdırmalar apardım. Demə Zemfira telefon vasitəsilə vaxtilə istədiyi bir oğlanla mesajlaşırmış. Sonradan öyrəndim ki, demə Zemfiranın "Facebook”da gizlin akauntu varmış. Mən evdən çıxandan osnra həmin oğlanla danışırmış”, - deyə Elçin Abbasov bildirdi.
O deyir ki, arvadının "Facebook”da olması heç ağlına da gəlməyib. Bundan qəzəblənən ər arvadından boşanmaq üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, Zemfira Məzahir qızı İsmayılova evdən çıxarkən əyninda sarı kofta, qəhvəyi şalvar olub. Elə həmin geyimi də Elçin Abbasov arvadının xahişi ilə alıb.
Məsələ ilə əlaqədar rayon polis şöbəsinin təhqiqatçısı Kamran Vəliyevlə əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi məlumata görə, Zemfira İsmayılovanın axtarışlarına başlanıb. Aparılan araşdırmalardan sonra, ehtimal olunur ki, Zemfira İsmayılova sevdiyi başqa bir kişi ilə qaçıb.
"Sosial şəbəkələrdə kimləsə danışırmış. Bundan başqa, onun telefonuna əlavə nömrələrdən zənglər də olub. Demə Elçinlə Zemfira nişanlı olan vaxt, başqa bir oğlan olub. Həmin adam Elçinə deyibmiş ki, Zemfiranı sevir. Lakin Elçin buna fikir verməyib. İndi çalışırıq qadını tapaq”, - deyə Kamran Vəliyev vurğuladı.
Hazırda qızın həm regionalarda. Həm də Bakıda tapılması üçün polis axtarışlara başalyıb. ANS PRESS olaraq itkin düşən Zemfira İsmayılovanın fotolarını təqdim edirik. Bəlkə bu gənc gəlinn tapılmasına kömək etdi.

DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var