Lerikdə avtomobil dərəyə aşıb - Ölən və yaralananlar var

img

25-02-2024 [14:32]


Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Məlumata görə, hadisə Lənkəran-lerik yolunun 51-ci km-də baş verib.

Belə ki, Lerik rayonu, Cəngəmiran kənd sakini Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi pikap tipli minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, bir nəfər ölüb, avtomobildə olan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Ölən şəxsin İsmayıllı rayon sakini olduğu, Lerikdə usta kimi çalışdığı bildirilir.

Hadisəyə yolun sürüşkənliyinin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA