20-06-2014 [13:49]
Saytların biri.... əşşi, qoy birbaşa adın deyim – "Virtual Azərbaycan” erməni ordusunun Naxçıvanla sərhəddə işğal etdiyi "neytal ərazi” haqda xəbər yaydı. Düzü, bu xəbər və ona "dəlil-sübut olan” fotoları təxminən bir həftə əvvəl mənimlə yanaşı oturan Modern.az-ın "ermənişünas” müxbiri hamıdan qabaq tapmışdı.
Dedi: "Eksklüziv xəbərdi, heç yerdə getməyib, gəlin onu Modern.az-da dərc edək”.
Dedim: "Olmaz! Nə bu yazı, nə də fotolar iddianın həqiqiliyinə dəlalət edir. Bu, birincisi. İkincisi, o xəbəri verməklə böyük mənada nə qazanacağıq?!”.
İradım nəzərə alındı. Söhbətdən on gün sonra Eynulla Fətullayevin "Virtual Azərbaycan” saytı həmin xəbəri və ona yüklü fotoları hamıdan birinci dərc elədi. Və həmişə olduğu kimi, bütün onlayn media əl-ayağa düşdü – "qonşudan geri qalma...”. Doğrudur, Müdafiə Nazirliyinin təkzib açıqlaması ilə. Mənə də "irad”: "Bax bunu biz hamıdan qabaq verə bilərdik...”.
Əslinə qalanda, Müdafiə Nazirliyinin yaydığı bəyanatın mətni məni təəccübləndirdi. Savadlı və məntiqli ifadə tərzi və üslubu ilə. Lakin ondan da böyük təəccübüm onlayn mediada təkziblə bərabər "işğal faktını təsdiqləyən” fotoların dərci idi.
Bu nə biçim xəbərçilikdi, – anlaya bilmirəm: həm təkzib, həm də "təsdiq”, yəni ağ yalanın istənilən halda tirajlanması..?
Nəticə ovcumuzun içi qədər görünəndir: Azərbaycan mediası informasiya savaşına hazır deyil. Yox, "hazır deyil” çox yumşaq ifadədir. "Yeni media”nın bu haqda heç bəsit təsəvvürü yoxdur. Hələ bu, dərdin yarısıdır. İkincisi yarı – xəbər siyasətinin, informasiya ilə davranış qaydalarının bilinməməsidir. Özgə vaxt hamı peşəkar, hamı "media kapitanı”... nəhayət, dövlətçi, vətənpərvər... "Əşşi təki "ay-pi” bol olsun!” – bax, bu gün "yeni media”nın xəbər siyasəti prinsipi budur!
Məsələnin bir ucunda da kimin birinci olması durur. "Əsas odur hamıdan qabaq olum!”. Bu dəfə ilki Eynulla Fətullayev etdi. Ona jurnalistikadan, xüsusən informasiya savaşından dərs keçmək istəyim yoxdur. Tövbə! Azərbaycan mediasında bircə "müəllim” var – "fərqli düşüncəsini” hər zaman qabardan Mir Şahin. Eynulla Fətullayevlə indinin dostu, dünənin düşməni.
İkincisi, maraqlı həmsöhbət, bəlağətli natiq keyfiyyətləri və intellektual səviyyəsi şübhədən kənar Eynulla Fətullayev özü nəyin nə olduğunu kənar tövsiyə, yaxud məsləhət olmadan da yaxşı bilir. Amma...
Mən əvvəldən-sonadək Müdafiə Nazirliyinə inanıram. Çünki hər hansı ərazinin işğalı faktı olsaydı, buna rəsmi Bakının soyuqqanlı qalacağına qəti inanmıram. İndiki halda mübarizə və müharibə hər qarış uğurunda gedir. Ərazisinin 20 faizi işğal olunmuş Azərbaycan istər neytral zona, istərsə də 0, 000001 kv/sm sahə itkisi ilə əsla barışmaz. Gerçəkdə olandan artıq işğal – Qarabağ savaşında tam məğlubiyyətdir və rəsmi Bakı heç vaxt bununla barışmaz. Amma görünən həm də budur ki, informasiya savaşında çoxlu boşluqlar, ağzı qapadılmamış dəliklər qalmaqdadır. Yəni erməni tərəfinin yaydığı həmin o saxta xəbəri və ona yüklü fotoları hamıdan birinci elə rəsmi qaynaqlar görməli və vaxtlı-vaxtında, ləngimədən "cavablandırmalı” idilər.
Fürsət düşmüşkən, bu qarışıq siyasətdə anlamadığım məqama toxunum: əgər Bakıya üçüncü ölkənin hansısa tanımış qrupun üzvü olan erməni mənşəli musiqiçi gəlirsə, o, hava limanından niyə geri qaytarılmalıdır? Türkiyəni təmsil edən etnik erməni idmançının göyərtəsindən endiyi təyyarəyə yenidən qaytarılması kimi... Məgər demirik ki, Azərbaycan günü-gündən inkişaf edir, demirik ki, Bakı gözəlləşir, yeni tikililər, istirahət mərkəzləri, yaşıllıq zolaqları... Yaxşı, Türkiyəni təmsil edən o idmançı bu firavanlığı, rifahı, həşəməti görüb, geri döndükdə öz soydaşlarına danışarsa, Bakı ilə Yerevanı müqayisə edərsə və üstünlüyü bizim paytaxta verərsə, pis olar..?
P.S. Qarabağla bağlı tədbirlərin birində rəsmi şəxslərdən biri Azərbaycan ərazisindəki xristian məbədlərindən danışarkən deyir: "Bu, alban kilsələridir və biz Albaniya hökumətinə, rəsmi Tiranaya müraciət etməliyik ki, o öz tarixi keçmişinə aid abidələrin müdafiəsinə qalxsın...”. Azərbaycanlı məmurun "tarix bilgisi”nə dair bircə nümunə – dəhşət!
Yeri gəlmişkən, "Qafqaz Albaniyası” rus tarixçilərinin içi çürük fərziyyəsidir. Qafqazda "Albaniya” adlı dövlət ümumiyyətlə mövcud olmayıb!)))
Əziz Rzazadə, Modern.az
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib