Tramp Baydeni debata çağırdı, belə cavab aldı: "Başqa işi yoxdur"

img

21-02-2024 [11:41]


ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident Co Baydenin canlı yayımda onunla seçki debatına çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Fox News"a müsahibə verən Tramp aparıcının "Baydenlə TV-də debata hazırsınızmı?" sualına beləı cavab verib: "Mən buna elə burada - sizin verilişinizdə hazıram. Gəlsin. İndi ona meydan oxuyuram. Canlı yayımda səhvlərini bir-bir oxuyaraq onun bacarıqsızlığını sübut edəcəyəm. Ancaq bilirəm ki, o, debata gəlməyəcək".

Tramp prezidentlik yarışında Respublikaçılar Partiyasında yeganə ciddi rəqibi Nikki Heylinin yarışı əsla tərk etməyəcəyi barədə mesajını da cavablandırıb: “Məncə, o, seçkidən necə geri çəkiləcəyini bilmir. Ona bunun üçün dəstək gərəkdir".

Yeri gəlmişkən, Bayden Trampın debat tələbinə qısa cavab verib: “Mən də olsaydım, onunla debat etmək istərdim. Trampın başqa işi yoxdur ki..."

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR