19-06-2014 [19:01]
Goranboy rayon sakini, 1971-ci il təvəllüdlü S. İ. qısqanclıq zəminində arvadı S. İ-nı öldürməyə cəhd edib.
Hadisə 2013-cü il avqustun 16-da baş verib. S. İ. həyat yoldaşı Sərfanə İsgəndərova ilə birlikdə E. B-in Göygöl rayonu Hacıməlik qəsəbəsində olan təsərrüfatında məskunlaşıblar. S. İ. E. B.-in təsərrüfatında çoban işləyib. O, arvadının E. B. ilə intim əlaqəsi olmasından şübhələnib.
S. İ. şübhələrini doğrultmaq üçün arvadını güdməyə başlayıb. O, bir neçə gün arvadını güdəndən sonra şübhələrinin doğrulduğunu görüb. Belə ki, arvadı E. B.-lə daim intim münasibətdə olub. Buna görə də o, E. B.-dən qısas almaq qərarına gəlib. O, E. B.-i öldürmək üçün imkan axtarıb.
Arvadını heyvanlar saxlanılan yerdə kişi ilə tutdu
Avqustun 16-da, gecə saat 01.00-da S. İ. yuxudan oyanıb və arvadını yanında görməyib. O, arvadını axtarmağa başlayıb. S. İ. arvadını heyvanlar üçün nəzərdə tutulmuş tikilidə E. B.-lə cinsi əlaqədə olan yerdə tutub. Bu zaman E. B. oradan qaçıb.
Eyvazın qaçdığını görən S. İ. arvadı ilə mübahisə edib. Arvadının ona xəyanəti azmış kimi mübahisə də etməsi Süleyman İsgəndərovu daha da əsəbləşdirib. O, arvadını öldürəmək qərarına gəlib. Bu məqsədlə ərzaq doğramaq üçün istifadə olunan bıçağı götürərək arvadına çoxsaylı zərbələr endirib.
Yaralı qadın necə xilas edildi?
Heyvan saxlanılan yataq avtomobil yolundan və yaşayış məntəqələrindən xeyli uzaqda yerləşib. Bu səbəbdən S. İ. S. İ.-ya heç kimin kömək etməyəcəyini, tibbi yardım göstərilməyəcəyini düşünüb və onun öləcəyinə əmin olub. O, yaralı arvadını heyvanlar üçün nəzərdə tutulmuş yataqda qoyaraq gedib.
Bir neçə saatdan sonra E. B. yatağa gələrək S. İ.-nı yaralı olduğunu görüb və onu xəstəxanaya aparıb. Xəstəxanada S. İ.-yə tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Bu səbəbdən də S. İ. cinayəti başa çatdıra bilməyib. O, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.
Arvadına qəsd edənə 6 il 9 ay iş verildi
S. İ. Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Sevindik Əzizovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə S. İ. 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
"Mənə şərti cəza təyin edilməlidir”
S. İ. hökmdən narazı qalıb. O, barəsində olan cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. O, şikayətini belə əsaslandırıb ki, məhkəmənin hökmü qanunsuz, ədalətsiz və qeyri humanistdir: "Məhkəmə cəza təyin edərkən cinayəti törətdikdən sonra könüllü polis orqanına təslim olmağımı, əməlimdən peşman olmağımı, zərərçəkmiş şəxslə barışmağımı nəzərə almayıb. Himayəmdə azyaşlı övladlarım var. Yaşayış yerim üzrə müsbət xarakterizə olunmuşam. İlk dəfə məhkum olunmağım nəzərə almayıb. Odur ki, mənə şərti cəza təyin edilməlidir”.
S. İ.-un şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə S. İ. çıxış edib.
"Arvadımı öldürmək fikrim olmayıb”
Apelyasiya baxışı zamanı S. İ. şikayətinin dəlillərini tamamilə müdafiə edib. O, əlavə olaraq göstərib ki, arvadını heç vaxt öldürmək fikri olmayıb: "Əgər belə bir istəyim olsa idi, onun bədəninin başqa hissələrinə xəsarət yetirərdim. Sadəcə olaraq arvadım barəsində olan söhbətlərə son qoymaq istəmişəm. Həm də onu qorxutmaq istəmişəm. Hazırda əməlimdən peşmanam. Cinayəti törədən zaman əsəbi olmuşam, özümdə olmamışam. Baş verənlərə görə əsəbimə bhakim ola və özümü idarə edə bilməmişəm. Bir daha belə əməllərə yol verməyəcəm”.
Vəkil: "Onun arvadını öldürmək istəməsi təsdiq edilmir”
S. İ.-un vəkili Fuad İsgəndərov apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib. O, Süleyman İsgəndərovun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edib.
Vəkil qeyd edib ki, S. İ.-un arvadını öldürmək istəməsi işin materialları ilə təsdiq edilmir: "Onun belə bir fikri olmayıb. Evdə ər-arvaddan başqa heç kim olmayıb, onları heç kim aralamyıb. Süleyman İsgəndərov arvadını bıçaqla vurandan sonra evdən gedib. Hətta bu barədə başqa adamlara da bildirib, özü təslim olub. Belə olan halda isə onun əməllərinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsi qanuni hesab edilə bilməz”.
Prosesdə çıxış edən prokuror Qalib Rizvanov apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb. O, deyib ki, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsasın olmayıb.
Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərarı açıqlayıb. Qərara görə, S. İ.-un şikayəti təmin edilməyib(teleqraf.com).
DÇ-2026: Türkiyə yığması vəsiqəni təmin etdi (Yenilənib)
İran ABŞ pilotlarının qaldığı ərazini vurub: “Tramp indi uçuş heyəti itkilərini də siyahısına yazar”
RƏSMİ TEHRAN QURU ƏMƏLİYYATINA HAZIRLAŞIR: “Ümid edirik ki, ABŞ bu səhvi etməz" – "Stiv Vitkovdan indi də birbaşa mesaj alıram"
İsrailin müdafiə naziri: “Livanın cənubundan çıxmayacağıq” – 600 min livanlı evlərinə dönə bilməyəcək
İran regiondakı ABŞ şirkətlərini vuracaq – Xəbərdarlıq yayıldı, konkret vaxt göstərildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MİT rəhbəri HƏMAS nümayəndə heyəti ilə görüşüb – Türkiyədə
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var