Dövlətə məxsus daha 15 maşın satılıb - Bu qiymətlərə

img

15-02-2024 [15:29]


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fevralın 13-də keçirdiyi növbəti hərracda 15 nəqliyyat vasitəsi satılıb.

Mia.az xəbər verir ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 74 sifariş qəbul edilib.

Rəqabətli keçən hərracda “İveco” markalı avtobusun start qiyməti 7 500 manat olsa da, son təklif 28 200 manata yüksəlib. İlkin qiyməti 3 500 manat olan “VAZ-21214” markalı avtomobil isə 4 800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38pZ6E linki vasitəsilə tanış olmaq mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA