İlham Əliyev istefaya gedən hökumətlə bağlı sərəncam verdi

img

14-02-2024 [15:02]


Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sənəd Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq hökumətin istefa verməsi ilə əlaqədar imzalanıb.

Sərəncama əsasən, hökumətin yeni tərkibi formalaşdırılanadək Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi əvvəlki tərkibə həvalə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR