Pentaqon sözçüsü: "Qəzzada insanların daha əziyyət çəkdiyini görmək istəmirik"

img

13-02-2024 [09:26]


"Biz Qəzzada insanların daha əziyyət çəkdiyini görmək istəmirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, briqada generalı Patrik Rayder İsrailin 1.4 milyon insanın sığındığı Rəfaha mümkün hərbi hücumları ilə bağlı suala cavabda deyib.

ABŞ-ın İsrailin Rəfaha qarşı gözlənilən quru hücumlarını dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suala Rayder belə cavab verib: "Bilirsiniz, biz Qəzzada daha çox insan əzabını görmək istəmirik. Buna görə də israilli tərəfdaşlarımızla fəal şəkildə əlaqə saxlayırıq. Əməliyyatların planlaşdırılması və icrasında mülki vətəndaşların nəzərə alınması məsələsində təmaslarımız davamlıdır. Biz bu istiqamətdə İsrail rəsmiləri ilə tez-tez danışırıq. Bu haqda Ağ Evin açıqlamaları da var"

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR