İstanbul məhkəməsində terror aktı: tutulanların sayı 94-ə çatıb

img

08-02-2024 [11:37]


Bir neçə gün əvvəl İstanbulda Ədliyyə Sarayında (Məhkəmə) polis polstunda olan terror hücumu ilə bağlı istintaq davam edir. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, terror aktı ilə bağlı saxlanılanların sayı 94-ə yüksəlib.

Məlumata görə, DHKP/C terror təşkilatının üzvlər Emrah Yayla və Pınar Birkoçun Çağlayanda İstanbul Ədliyyə Sarayı qarşısındakı polis məntəqəsinə silahlı hücumu ilə bağlı həbslərin artacağı ehtimalı yüksəkdir.

Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, indiyə qədər 25-dən çox fərqli ünvanlarda əməliyyatlar keçriilib.

Xatırladaq ki, terror aktı zamanı 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Terrorçular isə hadisə yerində öldürülüblər.

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR