"Onlar pulu nəmişlik, kif üçün verməyib” - Prezidentliyə namizəddən “Kristal Abşeron”dan olan şikayətlərə reaksiya
05-02-2024 [14:32]
Son illərdə tikinti şirkətlərinin inşa etdiyi binaların keyfiyyətindən müxtəlif səpkili şikayətlərə rast gəlmək olar.
Payçıları xüsusən narahat edən tikilən binaların beton keyfiyyəti, zəlzələyə davamlılığının olmasıdır. Habelə, MTK-lar mənzillərin kvadratmetrində insanları aldadır, onların hüquqlarını pozur. Hətta bu günlərdə məlum olmuşdu ki, o şirkətlərdən biri – “Kristal Abşeron”ın binası əyilib.
Söhbət bu qədər reklam edilən “Qobu Park” layihəsindən gedir. Təsəvvür edin ki, müasir dönəmdə şirkət bina tikir, o da əyilir. Bundan başqa, “Park Yasamal” layihəsinə aid sosial şəbəkədə vətəndaşlar bəzi iddialar səsləndirmişdi.
Maraqlıdır, nə üçün tikinti şirkətləri ilə bağlı konkret addımlar atılmır? Bu gün dövlət qurumları tərəfindən onların işinə nəzarət mexanizmi lazımı səviyyədə qurulubmu?
Mia.az-ın məlumatına görə, bu mövzuda Tribunainfo.az-a danışan Prezidentliyə namizəd Fuad Əliyev qeyd edib ki, ümumiyyətlə, onun seçki platformasında göydələn tikintisi ilə bağlı konkret təkliflər var: “Mən İctimai Televiziyada çıxışlarımda, mətbuata müsahibələrimdə açıqlamışam ki, Bakıda və bölgələrdə 7 mərtəbədən artıq bina tikilməsinə icazə verilməməlidir. Bildirmişəm ki, bu barədə dövlətin sərt qərarı və nəzarəti olmalıdır. Çünki həm təhlükəsizlik, həm zəlzələyə dözümlülük cəhətdən vacibdir. Sovet dövründə maksimum 9 mərtəbəli binalar tikilib, uşaqlar üçün istirahət yerindən tutmuş qarajlara qədər təmin olunub. Hazırda 19-20 mərtəbəli binalar tikən şirkətlər avtopark üçün normal yer saxlamır, sıxlıq olur, üstəlik, zəlzələyə dözümlülüklə bağlı insanlarda ciddi narahatlıq və təşviş var. Ona görə də təklif edirəm ki, 7 mərtəbədən hündür bina tikilməsi qadağan olunmalıdır. Üstəlik, mənzillərin bölgüsü, keyfiyyətli beton işi və digər məsələlərdə heç də şirkətlər tikinti normalarına həmişə əməl etmirlər. O baxımdan “Kristal Abşeron” şirkəti üçün də bu məsələ keçərli ola bilər. Elə şirkətin “Qobu Park” layihəsi haqda verilən məlumat göstərdi ki, düzgün iş aparılmayıb”.
Prezidentliyə namizəd bildirib ki, mətbuatda, sosial şəbəkələrdə “Kristal Abşeron” və eləcə də başqa tikinti firmaları barəsində şikayətlərə rast gəlmək mümkündür: “Biz vətəndaşların müraciət və şikayətlərini izləyirik, qeydə alırıq. Onların sosial problemlərini aidiyyatı qurumlar qarşısında qaldırırıq. Bilirsiniz ki, mən “Müstəqil Həmkarlar” İctimai Birliyini təsis edənlərdən biriyəm və komandamız vətəndaşların müxtəlif sosial problem, şikayətlərini araşdırır, müraciətləri yoxlayıb qurumlara yönəldirik ki, insanların şikayətinə baxılsın. Bu mənada “Kristal Abşeron”dan edilən şikayətlər, mətbuatda gedən xəbərlər barəsində bizim ictimai birlik tərəfindən araşdırmalar aparılması mümkündür. Həmçinin, bizim “qaynar xətt” var və hər bir vətəndaşımız hansı məsələdə narazıdırsa, zəng açaraq müraciət edə bilər. Misal üçün “Kristal Abşeron”dan şikayət edənlərdən biri mətbuata demişdi ki, “Qobu Park”da binanın üstü keyfiyyətsiz təmir edildiyindən nəmişlik olur, nəticədə mənzildəki divarlar kif bağlayır. Yəni bu narazılıqlar varsa, deməli, tədbir görülməlidir ki, sakinlər şikayət etməsinlər. Onlar pulu nəmişlik, kif üçün verməyib”.
Fuad Əliyev hesab edir ki, bütövlükdə hər bir tikinti şirkəti işini vicdanlı görməlidir: “Əvvəla, qanunlara, tikinti normalarına əməl etmək onların borcudur. İkincisi, nəzərə almalıdırlar ki, insanlar əziyyətlə, kreditlə, çətinliklə mənzil alır, ev sahibi olanda sevinirlər, amma onlara keyfiyyətsiz mənzillər satılanda ortaya belə problemlər, ziddiyyətli məsələlər çıxır”.
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"