Ərbakan Ərdoğanın lideri olduğu "Cumhur İttifaqı"nı tərk etdi: "Millətimiz və təşkilatımız istəmir"
05-02-2024 [00:10]
Yenidən Rifah Partiyası 31 martda keçiriləcək bələdiyyə seçkilərinə İstanbul, Ankara və İzmirdə öz namizədləri ilə girəcək.
Mia.az Türkiyə istinadla xəbər verir ki, bu barədə Yenidən Rifah Partiyasının sədri, keçmiş baş naziri Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan açıqlama verib.
Martın 31-də keçirilən seçkilərdə ittifaq qapılarını bağlayan Ərbakan bildirib ki, partiyası bu seçkiyə müstəqil girəcək: "Millətimiz və təşkilatımız ittifaq etməyimizi istəmir. Müzakirə prosesində biz bu istiqamətdə beş səbəblə qarşılaşdıq.
Bilirsiniz ki, biz 14 may prezident seçkilərində anlaşma memorandumu əsasındaq Cumhur İttifaqında təmsil olunaraq Prezident Ərdoğana dəstək verdik. Xatırlayırsınızsa, o vaxt prezidentliyə namizədliyimizi elan etsək də, sonradan onu ittifaq namizədi Ərdoğanın xeyrinə geri götürdük. Biz o vaxt tamamilə millətimizin xeyrinə olacaq anlaşma ilə hərəkət etdik. Bunun xaricində heç bir tələb və ya gözlənti ilə çıxış etmədik.Bu anlaşma memorandumu sayəsində prinsiplərimizi nümayiş etdirdik. Təəssüflə bildiririk ki, 8-9 aydan sonra 14 may seçkiləri ilə bağlı anlaşma memorandumuna uyğun heç bir müsbət irəliləyiş olmadığına şahidlik etdik. Əslində, memorandumun mətni əksinə icra olunub. Bu səbəbdən millətimiz və təşkilatlarımızın bizim bu ittifaqda daha yer almağımızı istəmir.
Biz Yenidən Rifah Partiyası olaraq seçkilərə öz namizədlərimizlə daxil olmaq və gücümüzü göstərmək istəyirik. 31 mart seçkilərində AK Partiya ilə ittifaqı dayandırmaqla yanaşı, Ankara, İstanbul və İzmirdə öz namizədlərimizi irəli sürmək qərarına gəldik. İnşallah, fevralın 10-da namizədlərimizi açıqlayacağıq”.
Samir Musayev
MİA.AZ
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"