GƏNCƏDƏ DƏHŞƏTLİ HADİSƏ: oğul 72 yaşlı atasını baltalayıb 

img

03-02-2024 [09:57]


Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib.

Mia.az xəbər verir ki, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb.

O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə, onun oğlu -1976-cı il təvəllüdlü Zaur Məmmədovdur.

O, hadisəni törətdikdən sonra hadisə yerindən qaçsa da aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib(Report).

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA