18-06-2014 [14:30]
Bakıda İslam Əməkdaşlıq
Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin
icrası üzrə Rəhbər Komitəsinin ilk iclası çərçivəsində əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov bir sıra görüşlər keçirib.
Nazirlikdən Mia.az-a daxil olan məlumata görə, İƏT-in Baş Katibinin iqtisadi məsələlər üzrə müavini səfir Hameed A.Opeloyeru ilə görüşündə nazir Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması, iri iqtisadi layihələrin reallaşdırılması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. O, İƏT ilə Azərbaycan arasında əməkdaşlığın arzuolunan səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb: "Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması ilə bağlı İƏT və üzv dövlətlər tərəfindən dəfələrlə nümayiş olunan birmənalı və qətiyyətli mövqe dünyada ədalətin, sülh və əmin-amanlığın təmin olunmasına yönələn mühüm addımlardır”. S.Müslümov Təşkilat çərçivəsində, bir sıra sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahəsində də artıq genişlənən əməkdaşlıq əlaqələrinin üzv dövlətlərin hər biri üçün xüsusi önəm kəsb etdiyini bildirib.
H.A.Opeloyeru Azərbaycana növbəti səfərində də ölkənin sürəti inkişafının şahidi olduğunu ifadə edib, Azərbaycanın İƏT çərçivəsində konkret fəaliyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri yüksək dəyərləndirib. Görüşdə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
S.Müslümovla Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Ziyad Əlsaiq arasında keçirilən görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əmək, məşğulluq və sosial müdafiə sistemləri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, əməkçi miqrantlar üzrə dolğun məlumatlar diqqətə çatdırılıb.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) departament rəhbərinin müavini Kamran Fənnizadə ilə görüşündə isə S.Müslümov Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan islahatlarda BƏT-in mütərəqqi dəyərləri ifadə edən prinsiplərinin daim diqqətdə saxlanıldığını qeyd edib. Nazir işsizliyin kəskin şəkildə azaldılması, xüsusən gənclərin məşğulluğunun dəstəklənməsi istiqamətində ölkədə aparılan məqsədyönlü siyasət barədə məlumat verib. K.Fənnizadə Azərbaycanın əmək və məşğulluq məsələlərinin həllində əldə etdiyi uğurlu təcrübənin digər bir çox ölkələr üçün yaxşı nümunə olduğunu, hazırda İƏT çərçivəsində əmək və məşğulluq üzrə əməkdaşlıq istiqamətlərinin BƏT-in prinsipləri ilə də uzlaşdığını vurğulayıb. Görüşdə Azərbaycanla BƏT arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan məsələlər nəzərdən keçirilib.
Sahibə Qafarovaya ağır itki üz verib
UEFA reytinq siyahısını yenilədi - Azərbaycan bir pillə irəli çıxdı, Türkiyə isə...
“Vətəndaşlara məhsulu şəxsən götürmək imkanı tanınmır" - Onlayn sifariş edilmiş mallar buraxılmır, Komitə isə deyir ki...
Narkoman çıxan bloger həyat tərzini dəyişir: "Daha yarıçılpaq fotolarımı görməyəcəksiniz"
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Kokainə görə həbs edilən "Qalatasaray"ın sabiq hücumçusu etirafçı olacaq: "Peşmanam"
Agentliyin sədr müavini vəzifədən çıxarıldı
TRAMP İRANLA DANIŞIQ İÇİNDƏ OLDUĞUNU TƏSDİQLƏDİ, 4 ÖLKƏNİ HƏDƏLƏDİ: "Həyatda qala bilməyəcəksiniz"
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib