Agentlik sədri vəzifədən azad edilib - Yeni təyinat

img

02-02-2024 [12:50]


İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib.

Məlumata görə, müvafiq əmrlə Adıgözəlov Seymur Elmir oğlu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

Seymur Adıgözəlov bu təyinatadək İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. O, həm də "Bakı Gəmiqayırma Zavodu"nun direktorudur(Qaynarinfo).

Qeyd edək ki, kadr dəyişikliyi İqtisadiyyat Nazirliyinin saytında da yer alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA