Parlamentin İntizam komissiyası yenidən formalaşdırılıb

img

01-02-2024 [11:58]


Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırılıb.

Mia.az xəbər verir ki, bununla bağlı parlamentin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi bugünkü plenar iclasda müzakirəyə çıxarılıb.

Komissiyanın tərkibinə yeni üzv əlavə edilib. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan biri Madər Musayevin vəfat etməsi ilə əlaqədardır. Dəyişikliklə həmin siyahıda deputat Kəmaləddin Qafarov yer alıb.

Xatırladaq ki, M.Musayev 2023-cü il iyulun 14-ü 76 yaşında vəfat edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA