"Diyarbakırlı Ramazan hoca" kimi tanınan fenomen öldürüldü - 3 bıçaq zərbəsi ilə

img

01-02-2024 [00:25]


Sosial mediada "Diyarbakırlı Ramazan Hoca" kimi tanınan Ramazan Pişkin İstanbulda öldürülüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Diyarbəkirdəki tarixi Ulu Məsciddəki çıxışları ilə məşhurlaşan “Diyarbakırlı Ramazan Hoca” kimi tanınan Ramazan Pişkin  İstanbulun Fatih rayonunda bıçaqlı hücuma məruz qalıb.

Hadisə onun Cerrahpaşadakı iş yerində baş verib. Pişkin iş yerində sinə nahyəsindən aldığı 3 bıçaq zərbəsi ilə öldürülüb.

Polis onu vuran şəxsi axtarır.

İstanbul Valiliyi hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib k, Ramazan Pişkin saat 13.50 radələrində çay evində naməlum şəxs tərəfindən sinə nahiyəsindən 3 bıçaq zərbəsi alıb. O, xəstəxanaya aparılsa da, həkimlərin səyi onu həyata döndərə bilməyib.

Ərazidəki iş yeri sahibləri NTV kanalına deyib ki, Ramazan Pişkin son günlər həddən artıq tədirgin dolaşıb: "O, sanki nədənsə qorxurdu..."

Məlumatda o da deyilir ki, Ramazan Pişkin vaxtilə Psixiatriya xəstəxanasında müalicə olunub.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR