Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi

img

31-01-2024 [10:04]


Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8 %-dən 7,75 %-ə endirilməsi barədə qərar qəbul edib.

Mia.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5 %-dən 6,25 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9 %-dən 8,75 %-ə endirilib.

Bu qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar martın 28-də açıqlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA