"Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək"

img

30-01-2024 [12:02]


"Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək".

Mia.az xəbər verir ki, bunu  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq.

Agentlik sədri bildirib ki, tibbi müayinədə fərqli sistem olacaq: "Bu sahədə ciddi hazırlıq işləri gedir. Elektronlaşma işləri aparılır, meyarların yenidən işlənməsi və yeni müayinə mərkəzinin yaradılması istiqamətində işlər görülür".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA