Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-01-2024 [00:07]
Qoç - çalışdığınız kollektiv, şirkət və ya qurumun daxili qaydalarını pozmayın. Başqalarından fərqlənmək cəhdləri rəhbərliklə yanaşı, həmkarlarınız tərəfindən xoş qarşılanmayacaq. Daha rasional, ənənəvi qaydada fəaliyyət göstərsəniz, bir çox problemlərin öhdəsindən nisbətən sürətlə gələ bilərsiniz.
Günün ikinci yarısı dostlarla görüş və potensial sifarişçi ilə danışıqlar üçün münasibdir. Fiziki işdə xeyir var. Amma özünüzü çox yormayın. Axşam saatlarını sakit ortamda keçirsəniz, qüvvənizi bərpa edərsiniz.
Buğa - yaxşı, harmonik gündür. Sədlərlə maneələri dəf edə bilərsiniz. Bəyəndiyiniz, sizə maraqlı təsir bağışlayan işə başlayın. Nəyə qadir olduğunuzu yanınızdakı insanlara göstərin. Gərəkli zamanda lazımi yerdə olmağı bacarın.
Günün ikinci yarısında yeni tərəfdaşlarla əsaslı danışıqlar aparılarsa, münasibətləriniz uzunmüddətli ola bilər.
Ailə həyatında situasiya sakit olmasa da, pis deyil. Stabillik arayın. Sevdiyiniz insanla mübahisə etməyin. Müxtəlif məsələlərlə bağlı fikirlərin səsləndiyi zaman səbrli olun.
Əkizlər - hissiyyatlarınıza toxunmaq asandır. İstənilən situasiyada təmkinli olun. Emosiyalara qapılmayın, təxribatlara uymayın. Qıcıqlı olsanız, yaxın ətrafınızdakı insanlarla aranızda motivi olmayan dartışmalar yarana bilər. İşlərdə uğur qazanmaq istəyirsinizsə, planlı hərəkət edin.
Günün ikinci yarısında yaşam arealınızda zəruri yeniliklər və dəyişikliklərə başlayın. Alış-verişdə bədxərclik etməyin, büdcə çərçivəsindən kənara çıxmayın. Yaxınlarınızla təmaslarda ağrılı mövzulara toxunmayın. Əks təqdirdə münaqişə yarana bilər.
Xərçəng - uğurlu, yaxşı zamandır. Hadisələrin axarına azacıq da olsa, təsir imkanlarınız var. İşlərinizi yaxşı planlaşdırın, boşuna vaxt itirməyin. Yaxşı nəticələrə nail olmaq üçün səy göstərmək gərəkdir. İnadınız və iradəniz sonucsuz qalmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda daha diqqətli olun. Ünsiyyətinizin harmoniyaya ehtiyacı var. Ailə üzvləriniz və yaxınlarınızla səmimi olun. Məişət qayğılarının əhəmiyyətli hissəsinin çözümünü öz üzərinizə götürün.
Şir - liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş olun, diqqətinizi konkret işə cəmləyin. Praqmat, soyuqqanlı olun. Ən xırda təfərrüatları diqqətdən qaçırmayın.
Günün ikinci yarısında maddi durumunuz pis olmayacaq. Əlavə gəlir mənbələri var. Münasibətlərin inkişafını istəyirsinizsə, emosional olmaq, qarşı tərəfin hisslərini anlamaq vacibdir. Axşam saatları aktiv istirahət üçündür.
Qız - bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı zamandır. İmkanlarınızdan praktiki mənfəət əldə etməyə, dəyərli təcrübə əldə etməyə çalışın. Yardım təkliflərindən imtina etməyin.
Günün ikinci yarısında çətin vəziyyətə düşmüş yaxınınza və ya dostunuza kömək göstərin. Şəxsi münasibətlərdə anlaşılmazlıq, ünsiyyətdə çətinliklərlə qarşılaşa bilərsiniz. Səhhətinizə fikir verin. Axşam saatlarına yaxın fəaliyyət tempini bir qədər aşağı salın.
Tərəzi - günün ilk yarısında fəaliyyətinizə mane olmağa çalışanlar peyda olarsa, dəstək üçün yaxın ətrafınızdakı insanlara müraciət edə bilərsiniz. Eqoizm və təşəxxüsdə ittihamlardan qorxmayaraq vaxtınızın çoxunu öz problemlərinizin həllinə ayırın. Belədə fəaliyyətiniz uğurlu olacaq.
Günün ikinci yarısında dostlar və yaxınlarla təmaslarda sərinlik yaradılmasına imkan verməyin. Yaxşı tanımadığınız insanlara inanmayın. Axşam saatlarında görüş üçün neytral ərazi seçin.
Əqrəb - işlərinizdə uğurlar qazanmaq üçün yetərincə şanslarınız var. Daha çevik, manevrli, dinamik olun. Ən çətin işlərin öhdəsindən gəlməyə meylli davranın. Yalnız öz maraqlarınızın təminatına aludə olmayın. Müxtəlif layihələrə başlayaraq onları yarımçıq qoymayın. Bir işi başa vurun, məntiqli nəticə əldə edin.
Günün ikinci yarısında ətrafınızda baş verənlərə diqqətlə yanaşın. Etibar etdiyiniz adamlardan dəstək və ya yardım ala bilərsiniz. Sevdiyiniz insanla təmaslarınızda sirr olmamalıdır.
Oxatan - günün ilk yarısında öz layihənizə başlaya bilərsiniz. İfrat nikbinliyə səbəb yoxdur. Çox böyük uğurlar əldə etmək mümkün deyil. Planları həyata keçirmək üçün ciddi çalışmalı, zəhmətkeş olmalısınız. Azla kifayətlənin, tamahkarlıq etməyin.
Günün ikinci yarısında işinizdə və karyeranızda yeni perspektivlər görünəcək. Qarşılıqlı iradların sayının artması sizi təbdən çıxaracaq. İdman və məşq emosiyalarınızın səbatlaşmasında yardımçınız ola bilər.
Oğlaq - adi günlərdən fərqli olaraq problemləri çözmək asan deyil. Ən kiçik uğursuzluq əhvalınızı korlaya bilər. Səbrli və təmkinli olun. Həyata praktik nəzər salın. Potensial tərəfdaşlarla danışıqlarda yaxın gələcəklə bağlı planları müzakirə etməyə dəyər. Birgə fəaliyyət ən ağır problemin həllini mümkün edir.
Günün ikinci yarısında şəxsi münasibətlərdə durum yaxşı olacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyət faydalı, həm də xoş olacaq. Axşam saatlarında qəfil görüş ola bilər.
Dolça - çətinliklər və problemlər sizi qorxutmasın. İşlərinizdə uğur qazanmaq istəyirsinizsə, qətiyyətli olmalısınız. Dürüst yoldasınız, narahat olmayın. Nikbin olun, yaxın ətrafınızdakı insanlara müsbət təsir edin.
Yeni, yaxşı yardımçılar və həmfikirlər tapa bilərsiniz.
Günün ikinci yarısında sevdiyiniz insana yardım edəndə özünüzü də yaxşı hiss edəcəksiniz. Emosiyalarınızı gizlətməyə heç bir lüzum yoxdur. Romantik anların qədrini bilin.
Balıqlar - işgüzar tərəfdaşlarla ünsiyyətdə çətinliklər yarana bilər. Detallara və təfərrüatlara fikir verin. Maraqlarınızı təmin etməyə çalışanda yaxın ətrafınızdakı insanların istəklərini qulaqardına vurmayın.
Başqalarının problemləri sizin peşəkar fəaliyyətlə bağlı planlarınızın reallaşmasına maneələr yaratmamalıdır.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla qayğıkeş davranın. Münaqişə yaratmayın. Əsəblərinizi gərməyin, hisslərinizin qurbanı olmayın. Subaysınızsa, görüşə yollana bilərsiniz.
Milli.Az
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."
"Rasim Balayevin müalicəsi yekunlaşır" - Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI
"Abşeron" yatağında təbii qazın hasilatına başlanır
İran rejimi indi də jurnalistlərə həbs etməyə başlayıb - 18 media mənsubu saxlanılıb
İRAN TRAMPA MEYDAN OXUDU: "Demirsən ki, donanmanı yox etdik, o zaman cəsarətin varsa..."
MN: "Yararsız döyüş sursatları məhv ediləcək"
İrandan Körfəz ölkələrinə xəbərdarlıq: "ABŞ sizi qurban verəcək"