Bu gün siz gözləyir? - BÜRCLƏR
28-01-2024 [00:14]
Qoç - səbrli və təmkinli olun. Gərəksiz mübahisələrə, dartışmalara qatılmayın. Xərclərinizi nizamlayın. Maliyyə imkanlarınızı düşünülməmiş şəkildə sərf etməyin. Sərmayə və ya layihə üçün əlverişli zaman deyil. Tələskənli, düşünülməmiş qərarlar itkilərə səbəb ola bilər.
Günün ikinci yarısı dostlarla birgə fəaliyyət üçün əlverişlidir. Ünsiyyət xoş, səmimi olmalıdır. Emosional yüksəkliş hiss edəcəksiniz. Axşam saatlarında qüvvənizi bərpa etməyə çalışın.
Buğa - əlverişli, münasib gündür. Bəzi çətinliklərlə qarşılaşa bilərsiniz. Situasiya ağır olsa da, yaşananların fəaliyyətinizə müsbət təsirini sonradan anlayacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə tam qarşılıqlı anlaşmaya nail olacağınızı düşünməyin.
Günün ikinci yarısında münaqişəli situasiyalara qatılmayın. Səbrli, təmkinli davranın. Ailə üzvlərinizlə qohumlarınızın dediklərində maskalanmış ifadələr, üstüörtülü ibarələr aramayın. Bəzi adamların hərəkətləri şübhəli təsir bağışlasa da, aqressiv olmayın. Axşam saatlarında hisslərə qapılmayın.
Əkizlər - bilik və bacarıqlarınızdan yararlana biləcəyiniz insanlarla sıx təmaslarda olun. Bu gün uğur qazana bilərsiniz. İşdə kollektivin dəstəyini almağa çalışın. İradəli, qətiyyətli olun. İş axtarırsınızsa, ən müxtəlif variantları nəzərdən keçirə bilərsiniz.
Günün ikinci yarısında potensial sifarişçi ilə danışıqlarda sərvaxt olun. Təsir altına düşərək potensial gəlir imkanını itirməyin. Yaxınlarınızla münasibətlərdə yeni, müsbət yönlər aşkarlanacaq. Axşam saatlarında enerji potensialınızın səviyyəsi aşağı düşə bilər. Normal istirahət edin.
Xərçəng - bu gün qeyri-adi ideyaların yaranmasına səbəb olan yeni şərtlərlə qarşılaşacaqsınız. Məqsədlərinizi dəqiqləşdirin. Hədəfləriniz səpələnmiş halda olmamalıdır. Gərəkli prioritetləri aydınlaşdırmağın zamanıdır.
Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Daşınmaz əmlakla bağlı məsələnin həllini ertələməyin. Sevdiyiniz insanla söhbət zamanı gələcək planları müzakirə edin. Şəxsi münasibətlərdə yenilik istəyirsinizsə, dərhal işə başlayın. Axşam saatlarında aktiv olun.
Şir - qıcıqlı, aqressiv, kobud olmayın. Tənqidə sərt reaksiya verməyin. Hisslərinizi cilovlayın, emosiyaların əsiri olmayın. Dediyiniz sözlərə fikir verin.
Günün ikinci yarısında mübahisələrdə opponenti üstələmək istəyi sağlam məntiqə güc gəlməməlidir. Mübahisələrə qatılmayın. Pozitiv olun. Yarımçıq saxladığınız işə davam edin. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Qız - yeni tanış olduğunuz insan barədə ilkin təəssüratlara inanmayın. Yaxşı ilə pisi ayırd etmək çətinləşəcək. Situasiyaya fərqli yönlərdən baxın. Dürüst qərarlar verin. Yaxın adamlardan biri sizi dəstəkləyəcək. Məsuliyyətdən qurtulmağa cəhd etməyin.
Günün ikinci yarısı şəxsi münasibətlər üçün o qədər də yaxşı zaman deyil. Məişət problemləri ilə bağlı iradlarla yanaşı, sevdiyiniz insandan tənqid eşidəcəksiniz. Səmimi söhbət və dialoq şübhələrdən qurtulmağın ən yaxşı yoludur. Vəziyyəti normallaşdırmaq istəyirsinizsə, axşam saatlarında bir az tək qalın.
Tərəzi - çoxdan bəri yığılıb qalan və həllini tələb edən məsələləri çözmək üçün yaxşı gündür. Adətən öhdəsindən çətinliklə gəldiyiniz problemlərdən birini həll edə bilərsiniz. Peşəkar fəaliyyət sahəsində müşküllər və gecikmələr olsa da, ruhdan düşməyin. Təşəbbüskar olun. Günün ikinci yarısında işə diqqətli yanaşmağınız nüfuzlu şəxslərdən birini maraqlandıra bilər. Şəxsi münasibətlərdəki vəziyyət pis deyil. Bəzi psixoloji nüansların öhdəsindən gələcəksiniz. Sonradan təəssüf hissi doğuran addımları niyə atdığınızın səbəblərini dərk etməyə çalışın.
Əqrəb - yaradıcılıq potensialınız yüksəkdə olmalıdır. Yeni ideyalar və maraqlı fikirlər yaranacaq. Çətinliklərdən qorxmayın, bütün sədləri dəf etmək üçün inadla işləyin. Eqoistcəsinə davranmayın. Yaxın ətrafınızdakı insanları düşünün. Onlardan üstün olduğunuzu göstərməyə can atmayın.
Günün ikinci yarısında əhvalınızın pisləşməsi istisna deyil. Maraqlandığınız işlə məşğul olun. Yarımçıq layihələri bitirin. Bədbinliyə qapılmağınız əhvalınıza pis təsir edə bilər. Axşam saatlarını ailə üzvlərinizə həsr edin.
Oxatan - fəaliyyət göstərdiyiniz sahədə genişmiqyaslı təşəbbüslər üçün əlverişli gün deyil. Tənqidə və irada sərt reaksiya verməyin. Qabalıq, kobudluq yaxın ətrafınızdakı insanlarla münasibətlərinizə zərbə vura bilər. Cəhdlərinizlə səylərinizin müsbət nəticə verməsinə çalışın.
Günün ikinci yarısında aktiv olun, ətalətə qapılmayın. Neqativ emosiyalardan uzaq olun. Dəyər verdiyiniz insana münasibətinizi göstərməkdən çəkinməyin. Tələskənliyə yol verməyin, səbrli olun.
Oğlaq - diqqətli və sayıq davranın. İşgüzar tərəfdaşlarla danışıqlarda məqsədlərinizi açıqlayın. Karyeranızın asılı olduğu insanlarla münaqişə yaratmayın. Hadisələri sürətləndirmək üçün olaylara süni təkan verməyin. Situasiyadan yararlanaraq işlərinizin müsbət nəticə verməsinə çalışın. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə durum pis olmayacaq. Dəyər verdiyiniz insanın və potensial tərəfdaşın diqqətini cəlb edin. Sevdiyiniz insandan mənəvi dəstək ala bilərsiniz. Axşam saatlarında yaxşı əylənə bilərsiniz.
Dolça - ünsiyyətdə olarkən fikirlərinizi normal izhar etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar bəzən sizin nə demək istədiyinizi anlamağa çətinlik çəkirlər. Rəqibləriniz heç bir qayda və qanunlara əməl etməyərək çalışırlar. Siz də qətiyyətli, hətta zərurət yaranarsa, kobud olun.
Günün ikinci yarısında ailə həyatınız və şəxsi münasibətlərdə problemlər müşahidə olunmayacaq. Ailə üzvlərinizdən biri məsləhət, yardım istəyəcək. Səhhətinizə fikir verin. Rasionunuz sağlam olmalıdır.
Balıqlar - adi günlərdən fərqli olaraq bu gün ifrat qıcıqlı dərəcədə davranmayın. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşma əldə etməyə çalışın. Tanımadığınız insanlara meydan oxumayın. Yaxınlarınızın qəlbinə dəyməyin. Belə davranışın sonradan çox pis fəsadları ola bilər.
Günün ikinci yarısında şəxsi münasibətlərdə status-kvonu qorumaq çətindir. Köklü olmasa da, dəyişikliklər və yeniliklər istəyəcəksiniz. Ailədəki durum sizi narahat edə bilər. Sevdiyiniz insanla təmaslarda sərin yellər əsməməlidir.
Milli.Az
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."
"Rasim Balayevin müalicəsi yekunlaşır" - Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI
"Abşeron" yatağında təbii qazın hasilatına başlanır
İran rejimi indi də jurnalistlərə həbs etməyə başlayıb - 18 media mənsubu saxlanılıb
İRAN TRAMPA MEYDAN OXUDU: "Demirsən ki, donanmanı yox etdik, o zaman cəsarətin varsa..."
MN: "Yararsız döyüş sursatları məhv ediləcək"