"Heç kimdən əmlakını haradan əldə etdiyi soruşula bilməz" - Həbsdəki sabiq icra başçısı barədə hansı qərar veriləcək?
26-01-2024 [14:59]
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov xüsusi müsadirə qərarı verilmiş əmlaklarının geri qaytarılması üçün hərəkətə keçib. Bununla bağlı barəsindəki cinayət işi üzrə mülki iddiaçı qismində Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyanı artıq tam ödəyib.
Mia.az xəbər verir ki, Alimpaşa Məmmədov saxlanıldıqdan sonra onun əmlakları üzərinə həbs qoyulmuşdu. Həmin əmlaklar sırasında “Şəmkir Səbət” MMC və “Abad Şəmkir” MMC də var idi.
Vaxtilə bu əmlaklar Sahibkarlığın İnkişafı Fondundan kredit öhdəliyi ilə aşağı qiymətə alınıb. İstintaqın gedişi zamanı ödəniş tam yekunlaşmadığı üçün məhkəmənin qərarı ilə əmlaklar üzərinə həbs qoyulub. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən əvvəlki iclasda mülki iddiaçının nümayəndəsi kredit borcunun ödənilməsi qarşılığında əmlaklar üzərindəki həbs qərarının götürülməsini istəmişdi.
Məlum olmuşdu ki, Alimpaşa Məmmədov ümumilikdə 730 min manatlıq kredit borcunu tam ödəyib.
Növbəti məhkəmə prosesində əmlakların üzərinə qoyulmuş həbs qərarının ləğvi məsələsi müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətlərində ittiham olunan keçmiş icra başçısı məhkəmədə özünü təqsirli bildiyini deyib.
Alimpaşa Məmmədov həbs olunandan sonra real bazar dəyəri 10 milyon manat qiymətləndirilmiş əmlakları ortaya çıxmışdı. Onların sırasında “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat) “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat) Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat) vardı.
Alimpaşa Məmmədov dəyəri milyonlarla manat olan əmlakları çox cüzi, simvolik qiymətlərə öz oğlunun adına olan şirkətlərə satıb. O, vəzifəsindən sui-istifadə edərək Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarının oğlu Adil Adilzadə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını təşkil edib. Bundan əlavə, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarının oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib. “Azfarel” adlı fermasından ildə külli miqdarda qazanc əldə edən icra başçısını kabinetində tapmaq olmurmuş. Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçirmiş. Hətta onun forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurub. Balıq təsərrüfatının ucbatından Şəmkirin Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı sudan içməli olub. Sakinlərin isə bu şikayətinə məhəl qoyan olmayıb. Məlumat üçün bildirək ki, “Azfarel” MMC balıqyetişdirmə təsərrüfatı əhəmiyyətinə görə regionun ən mühüm müəssisələrdən biridir. İstehsal gücünə, perspektiv inkişaf imkanlarına görə Qafqazın ən böyük balıqyetişdirmə və emalı müəssisəsi hesab olunur. “Azfarel” MMC Şəmkirçay Su Anbarının sahilində yerləşir. Qafqazda analoqu olmayan bu müəssisə 6 hektar ərazidə yaradılıb. Müəssisədə ilkin mərhələdə ildə 3 min ton 14 növ farel balığı üzrə qırmızı və qara kürü də daxil olmaqla, 42 çeşiddə məhsul istehsal edilib. Sonrakı mərhələdə istehsal 10 min tondan 30 minə çatdırılıb.
Ötən ilin sentyabrında Alimpaşa Məmmədovun cinayət işi üzrə keçirilən məhkəməsində prokuror onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini, əmlaklarının müsadirəsini istəyib. Lakin məhkəmə iş üzrə 6 aya yaxındır ki, hökm çıxara bilmir. İddia olunur ki, sabiq icra başçısı məhkəmədən vurulan zərərin ödənilməsi barədə qeyri-rəsmi vaxt istəyib. Buna görə də məhkəmə hökm verməyə tələsmir. Hətta Alimpaşa Məmmədovun vurduğu ziyanı ödəyəcəyi təqdirdə onun şərti cəzaya məhkum ediləcəyi haqda da xəbər var. Artıq Azərbaycan məhkəmələrində belə bir praktika var. Yada salaq ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub. 25 milyon manat dövlət büdcəsini talamış və zərəri məhkəmə dövründə ödəmiş sabiq nazirin barəsində 5 il olmaqla şərti cəza hökmü çıxarılıb. Hökmdən 1 il əvvəl prokuror Səlim Müslümova 11 il azadlıqdan məhrumetmə cəzası tələb etmişdi. Bundan sonra məhkəmə prosesi dəfələrlə təxirə salınmışdı. Həmin müddətdə Səlim Müslümov vurduğu ziyanı ödəmişdi.
Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda 1993-cü ildə qəbul olunmuş və hələ də qüvvədə olan “Varidata təminatın verilməsi haqqında” konstitusiya qanunu var: “Həmin qanuna görə, heç kimdən əmlakını haradan əldə etdiyi soruşula bilməz. Digər tərəfdən də 2005-ci ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" BMT konvensiyasına qoşulmuşuq və elə həmin ildə də eyniadlı qanun qəbul etmişik. Məmurlar tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi haqqında qanuna görə, ilin əvvəlində hər bir məmur özünün və onunla birgə yaşayan ailə üzvlərinin əmlakı, hətta borcları haqda bəyannamə təqdim etməlidir. Amma həmin bəyannamə formasını Nazirlər Kabineti təsdiq etməli idi, hansı ki, 18 ildə bunu etməyib. Buna görə də heç bir məmur onun və qohumlarının əmlakının mənbəyi haqda hesabat vermir".
Əkrəm Həsənov qeyd edib ki, eyni zamanda Azərbaycanda daşınmaz əmlakın dövlət reyestri, kommersiya hüquqi şəxslərin dövlət reyestri qapalıdır, amma bütün sivil dünyada məmurların bu məlumatı açıqdır: “Belə şəraitdə istənilən məmur özünün, yaxud ailə üzvünün əmlakı haqqında məlumat verməyə məcbur deyil. Bu məntiqlə onlar bu gün deyir ki, "bu, ailə üzvlərimizindir, onlar ki, cinayət etməyib, mən etmişəm cinayəti, onların əmlakına toxuna bilməzsiniz. Amma adi vətəndaşa münasibətdə bu qanun işləmir, məmurlar, məhkəmələr, icra məmurları, hüquq-mühafizə orqanları tutub vətəndaşın əmlakını da əlindən alırlar, evini də sökürlər. Necə olur ki, vaxtilə özləri hüquq-mühafizə orqanlarında işləmiş, min bir oyundan çıxmış məmurlara münasibətdə qanun birdən-birə işləyir?! Cəmiyyətdə də belə fikir yaranır ki, bunlardan niyə qorxurlar, hansı kompromatlar var".
Hüquqşünas deyib ki, Azərbaycan qanunvericiliyi bu gün korrupsiya ilə mübarizə aparmır, daha çox korrupsiyanın əl-qol açmasına kömək edir: “Məmurlar bəyannamə vermir, Daşınmaz Əmlak Reyestri qapalıdır. Bu, məmurların büdcə pullarını necə istəyirlərsə, elə də talamasına yol açan əsas amildir. Sadə vətəndaş da oturub düşünür ki, dövlət büdcəsini talamaq istəyən gərək Səlim Müslümov, Akif Çovdarov, Vidadi Zeynalov kimi talasın. Adamlar açıq-aşkar dövlətə də, cəmiyyətə də meydan oxuyurlar. Bu adamlar nəyə güvənirlər? Dövlət əslində bu cür davranışa dözməməlidir. Təsəvvür edin ki, bu adamların barələrində Azərbaycan Respublikası adından hökm çıxarılıb. Həmin hökmlə cinayətkar elan olunublar və əmlakları müsadirə edilib. Cəzanı tam çəkməmiş, heç yarısını çəkməmiş azadlığa çıxırlar və sakit oturmaq əvəzinə mal-mülk davası da açırlar”.
TRAMP AVROPA ÖLKƏLƏRİNƏ SƏSLƏNDİ: "Rusiya qırıcılarını vurun"
Ali Koça 2 milyon cərimə kəsilib
İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşdü - Nələr müzakirə edilib? (FOTO, YENİLƏNİB)
İtaliya Kuboku: "Kalyari" və "Udineze" növbəti mərhələyə keçdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi: "Lazımı səviyyədə deyilik"
İlham Əliyev İraq Prezidenti ilə görüşüb - FOTO
MHP sədri ABŞ-da olan Ərdoğana zəng edib
Rəsmi Tehran Qərblə danşıqların dirəndiyini açıqladı: "Hansı bir iranlı bunu qəbul edər?"
Putinin sözçüsündən Polşanın təhdidinə cavab: "Əsassızdır"
"Kəşfiyyatçı Xanı" Ağdamda qəbiristanlıqda minaya düşərək həlak olub - Üç qurumdan birgə açıqlama (YENİLƏNİB)
MEDİA: "Türkiyə mediasında bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur"
BMT Baş katibi iclasda: "Dünya dağılmağa doğru gedir"
AIIF 2025: Azərbaycana 10 milyard dollardan çox investisiya cəlb olunub - Mikayıl Cabbarov açıqladı
CHP liderindən növbəti dəfə şikayət olunub
Taksi sürücüləri imtahan verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Bakubus” avtobusunda qızlar əlbəyaxa olub - VİDEO
FƏLƏSTİNİN TANINMASI İSRAİLİN PLANI POZACAQ? - TƏHLİL
Türkiyədə ən çox və ən az məscidin olıduğu şəhərlər - SİYAHI
Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb
NATO bəyanat yaydı: "Təyyarələrimiz dərhal havalanaraq..."
Qəzzada ölənlərin sayı 65382 nəfərə çatıb - Son statistika
Baş Prokurorluqda yeni təyinatlar olub
Azərbaycan Kuboku: I təsnifat mərhələsinin oyun cədvəli açıqlandı
Abşeronda elektrik açarını hansı qurum "OĞURLAYIB"?: "Azərişıq"la "Azərenerji" üz-üzə gəldi
Pedaqoji Universitetdə yeni oxu zalı yaradılıb - FOTOLAR
Şaiq Mirzəyev vəzifədən azad olunub - Rəsmi açıqlama yayıldı
Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı
"Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTO
"Rəsul Həmzətov" sərhəd gəmisi Bakı limanına gəlib
SOCAR İtaliya şirkətindən pay alıb - Müqavilə imzalanıb
BMT-yə toplantıya gələn İran diplomatlarına qadağa qoyulub - Ərazidən kənara çıxmaq olmaz, alış-veriş olmaz!
Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub
Masallıda antik dövrə aid küp məzar tapılıb - FOTO
Mingəçevir və Yevlaxda bəzi ərazilərdə qaz olmayacaq - Bu tarixdə
“Holcim Azərbaycan" cəzalandırılıb
Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ