Gəncədə 37 yaşlı şəxs öldürülüb

img

25-01-2024 [21:33]


Gəncədə 37 yaşlı şəxs öldürülüb.

Mia.az xəbər verir ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif Həsənovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Yaqub Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA