Avropa Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıb

img

25-01-2024 [20:46]


Avropa Mərkəzi Bankı bu ilin ilk iclasında 3 əsas siyasət dərəcəsi üzrə qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Mərkəzi Bankının pul siyasəti qərarı ilə bağlı verdiyi açıqlamada Bankın yenidən maliyyələşdirmə dərəcəsi 4,50 faiz, depozit faizi 4 faiz, marjinal maliyyələşdirmə faizi isə 4,75 faiz səviyyəsində sabit saxlanıldığı bəyan olunub.

Beləliklə, ilin ilk iclasında üç əsas siyasət dərəcəsi ardıcıl üçüncü dəfə sabit saxlanılıb, faiz dərəcələri isə avro tarixində ən yüksək səviyyədə qalmağa davam edir.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR