Azercell-in Müştəri Məmnuniyyəti indeksi 94%-i ötüb
25-01-2024 [12:48]
Lider mobil operator Əlaqə Mərkəzinin 2023-cü il üzrə nəticələrini açıqlayıb
Müştərilərinə operativ və keyfiyyətli şəkildə xidmət göstərməyi hədəfləyən Azercell müraciətlərin vaxtlı-vaxtında cavablandırılmasını, eləcə də müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını təmin etməyə müvəffəq olub.
Mia.az xəbər verir ki, 2023-cü il ərzində Azercell-in Əlaqə Mərkəzi ümumilikdə 3 milyona yaxın zəng qəbul edib. Daxil olan müraciətlər ortalama ilə 2 dəqiqə 20 saniyə ərzində cavablandırılıb ki, bu da dünyada qəbul edilmiş 6-7 dəqiqə standartı ilə müqayisədə yüksək göstəricidir.
Təqdim etdiyi xidmət keyfiyyətini daha da artırmağı hədəfləyən Azercell bu sahədə önəmli texnoloji yeniliyə də imza atıb. Şirkət ötən ilin noyabr ayında Azərbaycan dilində tam spektr xidməti göstərən süni zəka əsaslı ilk virtual assistenti istifadəyə verib.
Müştəriləri Əlaqə Mərkəzinin operatorlarına yönləndirmədən bir çox servisi dərhal özü həyata keçirən AiCell adlı bot abunəçi sorğularını daha operativ şəkildə emal etməyə dəstək olur. Bununla da Azercell daha qısa müddət ərzində daha çox müraciət cavablandırır və eyni zamanda, müştərilərinin vaxtına qənaət edir. Qeyd edək ki, virtual assistentin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir və yaxın bir neçə ay ərzində bota daha iki özünəxidmət funksiyası əlavə ediləcək.
Eyni zamanda, Azercell rəqəmsal kanallar vasitəsilə də fasiləsiz xidmət göstərməyə davam edib. Ötən il ərzində şirkətə onlayn kanallar üzərindən 1,5 milyona yaxın müraciət daxil olub ki, onlardan təxminən 440 000-i sosial şəbəkələrdən ünvanlandırılıb. Hazırda Azercell-in müştəri xidmətləri Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformalarında fəaliyyət göstərir.
Müştəri Xidmətləri sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərən Azercell ötən il “ISO 18295-1:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq” sertifikatına da layiq görülüb.
Yuxarıda adı çəkilən tədbirlərin nəticəsi olaraq 2023-cü il ərzində Azercell-in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi 94,9%-ə çatıb ( dünya standartlarına əsasən 85%-dən yuxarı olan nəticə artıq çox yüksək göstərici kimi hesab olunur).
Xatırladaq ki, Azercell-in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhər nömrələri vasitəsilə, həmçinin Kabinetim tətbiqi üzərindən onlayn əlaqə saxlamaq mümkündür.
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb