Tikinti sahəsi ilə bağlı yeni dövlət standartları qəbul edilib

img

24-01-2024 [18:05]


Tikinti sahəsi ilə bağlı yeni dövlət standartları qəbul edilib.

Mia.az xəbər verir ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS EN 13279-1:2023 “Gips yapışdırıcıları və gips suvaqları- Hissə 1: Təriflər və tələblər”, AZS EN 13279-2:2023 “Gips yapışdırıcıları və gips suvaqları – Hissə 2: Sınaq üsulları” və AZS ГОСТ 7473:2023 “Beton qarışıqları. Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib.

Müasir tələblərə uyğun, beynəlxalq təcrübə əsasında hazırlanan yeni dövlət standartları ölkə ərazisində tikinti sahəsində təhlükəsizliyin, o cümlədən tikinti materialları, məmulatları və konstruksiyalarının keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə qəbul edilib.

Qeyd edək ki, standart layihələrinə tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) 15.11.2023-cü il tarixli iclasında baxılıb və yekdilliklə qərar qəbul edilib(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA