YAP-dan “İŞİD”lə bağlı sərt açıqlama - Mübariz Qurbanlı

img

17-06-2014 [13:31]


"İŞİD” və bu kimi quldur dəstələrindən Azərbaycana heç bir zərər gələ bilməz".

Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı "İŞİD”in növbəti hədəfi Azərbaycan seçməsi və Azərbaycanda şəriət höküməti qurmasınaXeberLent.azinformasiya agentliyi vasitəsilə açıqlama verərkən bildirib:

"Əvvəla mən,"İŞİD”və onun kimi axmaq bir qurumların fikirlərini şərh etmək belə istəməzdim. Ona görə ki,"İŞİD” və ona bənzər zombi qüvvələr, sadəcə kimlərinsə əlində oyuncaqdılar. Azərbaycan dövləti "İŞİD” kimi mənasız və oyuncaq bir təşkilatın yüz dəfə cavabını verə bilən bir ölkədir. Adını çəkdiyiniz həmin quldur dəstəsi belə güclü və iradəli bir qüvvə olsaydı, İraq qoşunlarının qabağından uşaq kimi qaçmazdılar.Tezliklə onlara öz yerlərini göstərəcəklər.

Azərbaycan köklü və qüdrətli bir dövlətdir. "İŞİD” və bu kimi quldur dəstələrindən Azərbaycana heç bir zərər gələ bilməz. O ki qaldı onların Azərbaycanda İslam dövləti qurmasına, bu gülünc bir açıqlamadır. Bu cür dəyərsiz məsələlərlə öz dəyərli vaxtınızı almayın”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA