Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
22-01-2024 [00:02]
Qoç - günün ilk yarısında məntiqli davransanız, sizə kimsə mane ola bilməz. Heç bir real səbəb olmadan problemlər yaratmayın. Bədxahların öhdəsindən gəlmək, onların planlarına mane olmaq çətin deyil. Şayiə yayanlara inanmayın.
Günün ikinci yarısında tərəfdaş və həmkarlarla təmaslarda diqqətli olun. Müzakirələrin məhsuldar olmasına çalışın. Sevdiyiniz insanla, yaxınlarınızla dil tapın. Xoş ünsiyyət qarşılıqlı münasibətlərə harmoniya bəxş etməklə yanaşı, əlaqələri möhkəmləndirəcək. Müalicəyə başlamaq olar. Çox və yağlı yeməyin.
Buğa - peşəkar fəaliyyət prosesindəki qəfil dəyişikliklər yenilikləri ehtiva edir. Əlavə öhdəliklər götürməli, müxtəlif işlər görməlisiniz. Adi günlərdən fərqli olaraq daha gərgin intellektual fəaliyyət tələb olunur. Aktiv mövqeyiniz bu gün bir sıra problemləri həll etməyə imkan verəcək.
Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərin aydınlaşdırılması və qarşılıqlı iradlar istisna deyil. Emosional olmayın, hisslərə qapılmayın. Səbrli olsanız, dil tapmaq və barışmaq mümkündür. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Əkizlər - nigaran və təlaşlı olmayın. İndiyədək əsla fikir vermədiyiniz xırdalıqlar səbr kasanızı daşdıra bilər. Təbdən çıxmayın. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət sizdə qıcıq yarada bilər. Qarşılıqlı anlaşmaya nail olmaq asan deyil.
Günün ikinci yarısında ailə həyatında sakitlik və rahatlıq mühitinin yaradılmasına çalışın. Yaxınlarınızdan biri ilə münasibətlərdə problemlər yaranıbsa, mübahisə istisna deyil. Ötənlərdə baş verən, ən müxtəlif versiyalarda yozumlara səbəb olan məsələni yenidən dartışmağa dəyməz.
Xərçəng - qarışıq, hadisələrin laübəli olduğu zamandır. Yaşam enerjinizin səviyyəsi artacaq. Amma bununla belə, həmin enerjini qəribə, ekstravaqant şəkildə reallaşdırmayın. Texnika və alətlərlə çalışanda ehtiyatlı olun.
Günün ikinci yarısında yardım gözləyən insana kömək edin. Məsləhətlə yanaşı, maddi dəstək də pis olmaz. Sevdiyiniz insana qayğı göstərin. Bütün şərtləri araşdırmadan, situasiyaya bələd olmadan irad söyləməyin.
Şir - peşəkar fəaliyyət müstəvisindəki uğurlar çalışdığınız kollektivdə həmkarlarınız və ya şəriklərinizlə münasibətlərin durumundan asılıdır. Yalınz öz karyeranız, əlavə gəlir mənbələri barədə düşünməyin. Praqmat olun, vəziyyəti normal dəyərləndirin.
Ailə üzvləri ilə münasibətləri normal səviyyədə saxlayın. Hətta bu təmasları yaxşılaşdırmağın yollarını arayın. Rasionunuza fikir verin. Tamahkarlıq etməyin, qarınqulu insan təsiri bağışlamayın.
Qız - məqsədləriniz bitkin formada olmalıdır. Hədəfə çatmağın yollarını müəyyənləşdirin. Maraqlı ideyalar olacaq. Problemlərin həllində yeni yanaşma nümayiş etdirin.
Günün ikinci yarısında əhvalınız korlana bilər. İstirahətə, relaksa ehtiyac duyacaqsınız. Orqanizminizə əziyyət verməyin. İfrat yorğunluq əsəb gərginliyinə və emosiyaların tarıma çəkilməsinə səbəb ola bilər. Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - maliyyə işlərində uğurlara nail olmaq istəyirsinizsə, əməkdaşlıq qaçılmazdır. İrəliləyişinizdə maraqlı olan şəxslərdən yaxşı məlumatlar ala bilərsiniz. Gəlirləri artırmaq üçün yardım və dəstəyə ehtiyacınız var. İşlərin gedişatı əhvalınızdan asılıdır.
Günün ikinci yarısında tək qalmaq, təkbaşına çalışmaq istəyəcəksiniz. Bədbinliyə qapılmayın. Dostlar və yaxınlarınızın yanında olun. Səmimi rəğbət bəslədiyiniz insanla təmasları aktivləşdirin. Sərvaxt olun.
Əqrəb - fürsətdən tam yararlanmağa cəhd göstərin. Yaradıcılıq enerjisi və orijinal həllər indiyədək təxirə salınan işlərə təkan verəcək. Humanitar fəaliyyətlə məşğulsunuzsa, təxəyyülü işə salın. Şəraiti dəyərəndirin. Situasiya xeyrinizədir. Qəfil hədiyyə və ya əlavə gəlir mənbəyinin aşkarlanması istisna deyil.
Günün ikinci yarısında dostların dediklərinə qulaq asın. Sevdiyiniz insanla münasibətlər pis olmayacaq. Birgə müzakirələr, yaxşı ünsiyyət üçün normal vəziyyətdir. Axşam saatları əyləncə üçün yaxşıdır.
Oxatan - yalnız öz mənfəətinizi düşünməyin. Köməyə ehtiyacı olana yardım edin. Yaxınlarınıza fayda verin. Etibarlı tərəfdaş və ya şərik tapa bilərsiniz. Ağır işə başlayıbsınızsa, birgə fəaliyyətə üstünlük verin.
Günün ikinci yarısında işlərdə irəliləyişlər olacaq. Sərfəli işgüzar təklif ala bilərsiniz. Yaxınlarınızla təmaslarda onların iradlarını nəzərə alın, maraqlarını qulaqardına vurmayın. Belədə fəaliyyətiniz yüksək qiymətləndiriləcək. Rasionunuza fikir verin. Allergiyanız varsa, ehtiyatlı olun.
Oğlaq - uzun müddətdən bəri planlaşdırdığınız işə başlamaq üçün yaxşı zamandır. İşlərinizdə yalnız öz xeyrinizi düşünməyin. Yaxın ətrafınızdakı insanların ehtiyaclarını da nəzərə alın. Gərəkli insanlarla münasibətləri korlamaq istəmirsinizsə, onların mövqelərini də anlamağa çalışın.
Günün ikinci yarısında fəaliyyətinizin leytmotivini münasibətlərin qorunması təşkil etməlidir. Ailə üzvlərinə qayğı ilə yanaşın. Sevdiyiniz insanın dediklərinə qulaq asın.
Dolça - harada olmağınıza rəğmən özünüzü rahat hiss edin. Qətiyyətli və əzmkar olun. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə aqressiv davranmayın. Qıcıqlı olmayın. Emosiyalarınızın izharı üçün normal vasitələr, yollar seçin.
Günün ikinci yarısında yaxınlarınız sizi anlamağa çalışacaqlar. Sükan arxasında sayıq olun. İstifadə etdiyiniz texnika və məhsullara fikir verin. Axşam saatlarında rasionunuzda ciddi dəyişikliklər etməyin.
Balıqlar - bir çox işlərdə intuisiyanız dadınıza çatacaq. Günü sakit keçirmək, aramla çalışmaq istəyəcəksiniz. Amma sizə mane olmaq istəyənlər var. İzafi, gərəksiz iş görməyin. Əlavə vədlər verməyin.
Günün ikinci yarısında narahatlıqla təlaş qısa müddətdə aradan qalxacaq. Yaxın dost və ya dəyər verdiyiniz insanla qarşılıqlı fəaliyyətdə xeyir var. Tələskənliyə yol verməyin. Axşam saatları birgə istirahət üçün münasibdir.
Milli.Az
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."
"Rasim Balayevin müalicəsi yekunlaşır" - Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI
"Abşeron" yatağında təbii qazın hasilatına başlanır