Tibb Universitetinin rektoru niyə 27 rus qəzeti alır? - SİYAHI

Tibb Universitetinin rektoru niyə 27 rus qəzeti alır? - SİYAHI

PRESS

20.01.2024, 10:51

Azərbaycan Tibb Universiteti (ATU) tərəfindən qəzet və jurnallara abunə yazılışı xidmətlərinin satın alınması ilə bağlı keçirilən tender müsabiqəsinə (Kotirovka sorğusu) yekun vurulub.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, qəzet və jurnalların alınması ilə bağlı tender müsabiqəsinin qalibi “Ziya LTD” MMC (VÖEN – 1300308651) olub.

ATU 41 adda qəzet və jurnal üçün qalib şirkətə 14 min 657 manat 44 qəpik ödəyəcək.

Qeyd edək ki, ATU-nun abunə yazılacağı qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-lərindən başqa heç bir ölkənin mətbu nəşri yoxdur. Universitetin satın almaq istədiyi nəşrlərin 14-ü Azərbaycan dilində, 27-si isə rus dilində nəşr olunur. Rus dilində nəşr olunan qəzet və jurnalların isə böyük əksəriyyəti Rusiya KİV-ləridir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR