Qüdsi Osmanov: "Cinayətkarın və qəhrəmanın milliyyəti olmur..." - Rusiyanın 1-ci kanalı

img

16-06-2014 [22:34]


Bu gün Bakı vaxtı ilə saat 20.50-də Rusiyanın 1-ci kanalında (ORT) məşhur aparıcı Andrey Malaxovun «Pustь qovarяt» verilişində həmvətənlərimizdən söhbət açılıb.

Mia.az xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, Rusiya Federasiyasının deputatı Maksim Şinkarkin, tanınmış vəkil, jurnalist, aktyor və aktrisalar, həmçinin Rusiya cəmiyyətinin digər təbəqələrini təmsil edən nümayəndələrin iştirak etdiyi verilişdə sürücülər və sürücülərin səhvləri ucbatından yaşanan qəzalarda xilasedici rolunu oynayan həmvətənlilərimizdən də söhbət açılıb. Verilişdə ilk öncə mayın 22-də Krosnayarski şəhərində qaynar su xəttinin partlaması nəticəsində baş verən avtobus qəzasında yaşanan olaylarda həmvətənlərimizin fədakarlığı müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, boru xəttinin partlaması səbindən qaynar suyun yüksək təzyiqlə avtobusun içinə vurmasını görən sürücü qapını açaraq yalnız canını qurtarmağa çalışıb. Köməksiz vəziyyətdə qalan sərnişinləri isə arxa qapıdan xilas edən azərbaycanlılar olub. Verilişdə hadisənin video-kadrları da göstərilib. Bəlli olub ki, canlarını riskə atan gənc həmvətənlərimiz rus əsilli sərnişinlərin xilas olmasında çox böyük rol oynayıblar. Onlar verilişə də dəvət edilib və qəza ilə bağlı təəssüratlarını bölüşüblər. Həmvətənlilərimiz salonda böyük alqışlarla qarşılanıb. Xilasedicilərdən biri Səbuhi Rəhimov həyatlarını riskə qoyaraq sərnişinləri necə xilas etməsini anladıb.

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov həmvətənlilərimizin fədakarlığını yüksək qiymətləndirib. "Əslində, cinayətkarın və qəhrəmanın milliyyəti olmur" deyən diplomatımız belə həmyerlilərimizlə fəxr etdiyini də sözlərinə əlavə edib: «Şəxsən, mən, bu verilişə fədakar həmyerlilərimizi görmək üçün gəldim. Yada salım ki, azərbaycanlıların belə fədakarlığı ilk deyil. Xatırlayırsınızsa, Azərbaycandan Moskva vilayətinə qonaq gəlmiş Saməddin Nağıyev suda batmaq üzrə olan üç nəfəri öz həyatı bahasına xilas etmişdir. Əlbəttə, belə həmvətənlərimiz bizim, ümumilikdə Azərbaycanın fəxridir. Fəxr edirəm ki, belə həmvətənlilərimiz var. Sizə belə fədakar həmvətənlilərimizi rus cəmiyyətinə təqdim etməyiniz üçün təşəkkür edirəm». 

Verilişə tam şəkildə aşağıdakı linkdən baxmaq olar: 

http://www.1tv.ru/sprojects/si=5685



Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...