Sabahın hava proqnozu açıqlandı

img

19-01-2024 [12:18]


Bakıda və Abşeron yarımadasında yanvarın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA