"Kriminalların qiyamı"nı araşdıran prokuror sui-qəsdlə öldürüldü - Nazir "iki şübhəli tutulub" deyir

img

19-01-2024 [10:31]


Ekvadorda yanvarın 10-da baş verən kriminal dəstələrin qiyamını araşdıran prokurorlardan biri maşınında hərəkətdə olarkən başından vuruilaraq öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, prokuror Sezar Suares yanvarın 10-da cinayətkar qrupların “TC Televiziya” kanalına basqını üzrə istintaqa rəhbərlik edib.

Bildirilir ki, o, Quayaquil şəhərinin şimalında, Bombero Bulvarında maşında gedərkən  silahla hücuma məruz qalıb: "Naməlum şəxslər qəfildən onun maşınına yaxınlaşaraq, başına güllə sıxıblar. Prokuror hadisə yerində dünyasını dəyişib".

Məlumata görə, hadisədənb sonra həyata keçirilən əməliyyatla 2 şübhəli saxlanılıb.

Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəhbəri Jaime Vela mətbuat konfransında faktı təsdiqləyib. O, deyib ki, prokuror Sezar Suaresin qətli ilə əlaqədar 2 nəfər çoxlu sulah-sursatla tutulub: "Bu qətli “Çone Killers” adlı cinayət təşkilatının üzvləri olan qatillər həyata keçiriblər. Onlar öz lıayiqli cavablrını alacaqlar. Buna əmin ola bilərsiniz...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA