Sabiq rektor məhkəmə qarşısında: "İclas qapalı keçirilsin, ailə və komersiya sirləri var"
17-01-2024 [15:38]
“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Müşfiq Atakişiyevin vəkili Kamran Kərimov vəsatət verib.
O, bildirib ki, təqsirləndirilən şəxs ifadəsində ailə sirri, kommersiya sirri təşkil edən məlumatlar verə bilər.
Vəkil təqsirləndirilən şəxslərin səmimi etiraf etməsi üçün prosesin qapalı keçirilməsini istəyib.
Müşfiq Atakişiyev və digər təqsirləndirilən şəxslər vəsatəti müdafiə ediblər. Prokuror Cövdət Mehrəliyev isə vəsatətin təmin olunmaması istəyib.
Onun sözlərinə görə, cinayət işinin materiallarında sirr təşkil edən hala rast gəlinməyib, əgər proses vaxtı bu hallar müəyyən edilərsə, həmin hissə qapalı keçirilə bilər.
Hakim deyib ki, prosesin qapalı keçirilməsi üçün əsas yoxdur. Bu səbəbdən hakim vəsatəti təmin etməyib.
Məhkəmə baxışı yanvarın 22-ə təyin olunub.
Qeyd edək ki,İstintaq materiallarına əsasən, "Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində isə həbs qətimkan tədbiri seçilib.
DÇ-2026: millimiz İslandiya ilə oyunda (Yenilənir)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Türkiyənin valyuta ehtiyatı rekord yeniləyib, qızıl ehtiyatı isə... - Həftəlik hesabat
Brüsseldə yenə naməlum dronlar təhlükə saçıb - Uçuşlar dayandırılıb
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verdi: "Ölkələrimizi təkcə coğrafiya deyil, həm də..."
Polis əməliyyatı: "telegram"da azyaşlılara aid porno videolar satan şəxslər saxlanıldı
"Bir canım var, o da bu vətənə qurban olsun" - Fuad Nəcəfli haqqındakı iddialara maraqlı reaksiya
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
Zaqatala sakini “Nar”dan avtomobil qazandı
Bakıda bu şadlıq evində görün nə əti verilirmiş - FOTOLAR
"Premium Bank"da nə baş verir? - Sədr vəzifədən getdi
Tələbə mərkəz direktorunu məhkəməyə verib
Ağdərə rayonuna növbəti köç olub
PA-nın şöbə müdiri yeni və köhnə icra başçısı ilə bir arada - FOTO
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTOLAR
AFFA bəzi klubları cərimələyib
Hindistan Çinlı müharibəyə hazırlaşır? - Mübahisəli ərazidə hərbi hava limanı açıldı, Pekin etiraz edir
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
3837 manatdan 7650 manatadək... - İcra başçılarının rəsmi maaşı və artan obyektləri...
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
Bu bankların əmlakları satışa çıxdı - SİYAHI
İsrail Livanı yenidən bombalayıb
Sabah hava necə olacaq? - Proqnoz
MEDİA media subyektlərinə dəstək üçün müsabiqə elan edib - Şərtlər
Əziz Orucovun kassasiya şikayətinə "yox" deyildi
Bakıda məşhur restoranda partlayış - Qadın işçi öldü
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib
Xaricdə oxumuş daha 141 nəfərin diplomu tanınmadı
Şərqi Qüdsdə məscid yandırılıb
Yarım milyard manatlıq qalmaqallı vəsait... - Məhkəmə prosesi