Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
17-01-2024 [00:01]
Qoç - ötənlərdə əldə etdiyiniz təcrübəyə əsaslanaraq qərar verin. Situasiyadakı dəyişiklikləri nəzərə alın. Yeni sxemlərdən, problemlərin həllində alternativ yanaşmadan yararlanın. Planlaşdırılmamış xərclər ola bilər. Narahat olmayın, maliyyə durumunuza ağır zərbə dəyməyəcək.
Günün ikinci yarısında ailə problemlərinin həlli xeyli vaxt alacaq. Yaranan çətinliklərin öhdəsindən gələ bilərsiniz. Ailə üzvlərindən biri ilə fikir ayrılığı istisna deyil. Kompromisə meylli, səbrli və təmkinli olun.
Buğa - adi günlərdən fərqli olaraq daha çox mühafizəkarlıq və qayda tələb olunan zamandır. Yeni ideyalara kor-koranə aldanmayın. Azadlıq, innovasiyalar və "tərəqqi" istəyənlərin sözlərinə şübhə ilə yanaşın. Maliyyə məsələlərini qaydaya salmaq, hesabları ödəmək, borcları qaytarmaq zamanıdır.
Günün ikinci yarısında yaxınlarınıza təzyiq göstərərək bütün istəklərinizin və tələblərinizin yerinə yetirilməsini istəməyin. Ailə qayğılarını, məişət məsələlərini nəzərə alın. Təzyiq münaqişə istəyi və ya arzusu kimi qəbul oluna bilər.
Əkizlər - günün ilk yarısında ağır işə başlamayın. Mürəkkəb hesablamalar və dəqiq davranış tələb edən məqamlar var. Virtual məkanda ünsiyyət ilk baxışdan asan təsir bağışlaya bilər. Sayıq olun.
Günün ikinci yarısında maraqlı insanlarla söhbətdən yayınmayın. Müzakirələrdə və məsləhətləşmələrdə fayda var. Əlavə gəlir mənbəsi aşkarlanacaq. Maraqlarınızı başqalarının planlarına qurban verməyin. Yeni tərəfdaş və ya müttəfiq əldə edə bilərsiniz. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin. Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın.
Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdır. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.
Şir - məhsuldar fəaliyyət üçün həddən ziyadə çətin zamandır. Adi günlərdən fərqli olaraq bu gün başqalarının məsləhətlərinə daha çox qulaq asmalı olacaqsınız. İradlar və tənqidlərin də sayı az deyil. Bütün diqqəti işə yönəltmək asan deyil.
Günün ikincısı yarısında mənasız söhbətlərə və ya bezdirici xahişlərə fikir verməyin. Yaxınlarınızdan biri ilə münasibətiniz pisləşibsə, indi barışmağa cəhd edə bilərsiniz. Qüruru və ya utancaqlığı müvəqqəti olaraq unudun. Münasibətlərdə harmoniyanı bərpa etmək şansları var.
Qız - şübhəli və riskli məsələlərdə inadkar olmayın. Nə isə etmək istəyirsinizsə, diqqətli və sərvaxt olun. Düşünülməmiş addımlar atmayın. Məntiqin səsinə qulaq asın. Uğur əldə etmək istəyirsinizsə, qeyri-effektiv metodlardan yararlanmaq əvəzinə məsləhətlərə qulaq asın.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda inciklik və anlaşılmazlıqların münaqişəyə səbəb olmasına imkan verməyin. Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Axşam saatlarında ağır işlə məşğul olmayın.
Tərəzi - maraq göstərdiyiniz məşğuliyyət və ya iş yaxın ətrafınızdakı insanlara maraqsız proses təsiri bağışlaya bilər. Görüləsi işlər rutin və ya bezdirici görünsə də, dayanmayın. İşləri yarımçıq saxlamayın. Başqalarının sizə təsir göstərməsinə, işlərinə müdaxilə etməsinə imkan verməyin.
Günün ikinci yarısında maliyyə məsələlərində diqqətli olmayın. Ümumiyyətlə, risk etməyin. Səhvlərdən sığortalanmayıbsınız. Şəxsi münasibətlərdə uzun müddətdən bəri gözlədiyiniz hadisə sizi sevindirməyə bilər.
Sevdiyiniz insan axşam saatlarında romantik hisslərə köklənəcək və sizə xoş sürpriz edəcək.
Əqrəb - günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və ciddi uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin.
Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın. Axşam saatlarında diqqətli olun.
Oxatan - əyləncə və istirahət fikirlərini təxirə salın. Çoxsaylı problemlər yarana bilər. Planlaşdırdığınız bəzi tədbirləri və işləri təxirə salmalı olacaqsınız. Səbrli və təmkinli olsanız, situasiya sizi qıcıqlandırmayacaq.
Günün ikinci yarısında yaxınlarınızın qəlbinə dəyməyin. Etibarlı və sınanmış dostlarla müzakirələr vasitəsilə problemləri həll etmək olar. Yeni tanışlarla ehtiyatlı davranın. Axşam saatları insanların gur olduğu yerə qatılmaq və ya uzaq yola çıxmaq üçün əlverişli deyil.
Oğlaq - günün ilk yarısından etibarən mühüm işləri yerinə yetirməyə başlayın. Sədlər və maneələr qarşısında geri çəkilməsəniz, məhsuldar çalışmağınız mümkün deyil. Prosesi təxirə salmayın. Bir işi başa vurmamış başqasına başlamayın.
Günün ikinci yarısında bəzi problemlərin həllini yaxın ətrafınızdakı insanlara həvalə edə bilərsiniz. İstənilən situasiyada təmkinli qalın. Səhhətinizə fikir verin. Rasionu pozmayın.
Axşam saatlarında əhvalınızda ciddi dəyişikliklər ola bilər. Bəzi olayların, xüsusilə də məişət problemlərinin önəmini və miqyasını böyütməyin. Adi günlərlə müqayisədə yaxınlarınız sizi daha çox tənqid edəcəklər.
Dolça - özünüzə və problemlərinizə həddən ziyadə vaxt ayırmayın. Dəyər verdiyiniz insanları unutmayın. Sağlam eqoizm pis deyil. Amma başqalarını da düşünmək gərəkdir. Maraqlarınızın təminatı üçün vədlərinizi unutmayın.
Günün ikinci yarısında ifrat aktivliyə varmayın. Hesablama və sənədləşdirmə ilə bağlı işlərdə diqqətli olun. Axşam saatlarına yaxın yaşam potensialınızın səviyyəsində eniş olacaq. Bədbinliyə qapılmayın.
Balıqlar - yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə süni probelmlər yaratmayın. Rabitə vasitələri və ya texnikanın işində problemlər yarana bilər. İşlərinizə qapılaraq ailə üzvlərinin xahişini qulaqardına vurmayın. Öhdəlikləri unutmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər olmayacaq. Ailədə rəvan, həlim münasibətləri qoruyun. Məişət qayğıları və problemlərdən tam yayınmaq mümkün deyil. Amma nikbin olsanız, bütün problemlərin öhdəsindən gələ bilərsiniz.
Milli.Az
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."
"Rasim Balayevin müalicəsi yekunlaşır" - Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI