Lavrov Şimali Koeryalı nazirlə bir arada: "ABŞ regionda NATO-nun bazasını gücləndirməyə çalışır"

img

16-01-2024 [15:34]


"ABŞ Asiya Sakit Okean regionunda NATO-nun bazasını gücləndirməyə çalışır".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Şimali Koreyanın xarici işlər naziri Ço Son-hui ilə görüşdə deyib.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Lavrov Koreya yarımadasında və ümumilikdə Şimal-Şərqi Asiyadakı problemlərin hərtərəfli və ədalətli həllinin tərəfdarı olduqlarını qeyd edib: "ABŞ-ın və onun regiondakı tərəfdaşlarının Şimali Koreyanın təhlükəsizliyinə təhdid yaratmaq siyasəti gərginliyi böyüdür. Moskva olaraq, biz onları gərginliyin artmasına yönəlik istənilən addımdan çəinməyə çağırırıq. rusiyanın bu istiqamıətdə səyləri davam edəcək”.

Şimali Koreyanın Ukrayna ilə bağlı Rusiyanı dəstəklədiyinə diqqət çəkən Lavrov beynəlxalq platformalarda Şimali Koreya ilə koordinasiyalı hərəkət etdiklərini də qeyd edib.

Şimali Koreyanın xarici işlər naziri Ço da Rusiya ilə əlaqələrin Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putinin xüsusi münasibətləri sayəsində inkişaf etdiyini və bu il yeni səviyyəyə çatacağına ümid etdiklərini vurğulayıb.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR