Baş Dövlət Yol Polisi İdarəsində nömrə, sürücülük vəsiqəsi və... - Tenderin qalibi hansı şirkətdir?

img

15-01-2024 [16:16]


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının hazırlanması üçün lazım olan xüsusi materiallar, avadanlıq və ehtiyyat hissələrinin satın alınması” tenderinin nəticələrini elan edib.

Mia.az FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Bakinity Distribution” MMC olub.

Qalib şirkətə 39 172 485 manat ödəniləcək.

Qeyd edək ki, “Bakinity Distribution” MMC 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Tağı Aşumov Vaqif oğludur. Hüquqi ünvanı AZ1069, Bakı Şəhəri Binəqədi Rayonu, Ziya Bünyadov, ev 13, m. 33 ünvanında yerləşir.

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR