Deputat Kəmaləddin Qafarov TƏBİB sədri olacaq? - Milyonluq tenderlərin "kral"ı barədə yeni iddia yayılıb
15-01-2024 [11:13]
Son vaxtlar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) qarşı tənqidlərin çoxalması prezident seçkilərindən sonra qurumun rəhbəri Vüqar Qurbanovun istefaya göndəriləcəyi barədə ehtimallara səbəb olub.
Pravda.az Aztimes.az-a istinadən xəbər verir ki, TƏBİB rəhbərliyinə iddialıların da bu arada faəllaşması, medianın gündəminə gəlməməyə çalışması bu ehtimalları bir qədər də gücləndirib. Bu sırada daha çox deputat Kəmaləddin Qafarov fəallıq göstərir.
İddia olunur ki, deputat TƏBİB rəhbərliyinə təyinat almaq üçün fəal iş aparmaqla yanaşı çox ehtiyatlı davranır, heç bir halda gündəmə gəlməməyə çalışır.
Kəmaləddin Qafarov tibb sektoruna yad adam deyil. O, deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin (MOM)direktor müavini vəzifəsində çalışıb.
Deputat eyni zamanda tibb təchizatı ilə məşğul olan “Azəri Med” şirkətinin sahibi kimi tanınır.
Bu şirkət adətən MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir.
Mia.az xəbər verir ki, bir neçə gün əvvəl deputatın bu şirkət bvasitəsi ilə MOM-dan daha 7 milyonluq tenderi əldə etməsi barədə maraqlı məlumatlar yaylmışdı.
Həmin məlumatda deyilirdi ki, “Azeri Med” Qapalaı Səhmdar Cəmiyyəti (QSC) Milli Onkologiya Mərkəzinin iki tenderinin qalibi olub.
Mia.az Reportyor.info-ya istinadla xəbər verir ki, tenderlərdən biri şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri, texniki xidmət, material ehtiyatları kimi tanınan hissələrinin, detallarının alınması və dəyişdirilməsi, digəri isə tibbi və digər avadanlıqların satın alınması ilə bağlı keçirilib.
Bu iki tender üzrə MOM-la “Azeri Med” QSC arasında bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 7 119 243,84 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Azəri Med” QSC 2 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30 F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Araşdırmalarımız zamanı aydın olub ki, “Azəri Med” QSC 10 manatlıq nizamnamə kapitalı ilə MMC kimi yaradılıb. Daha sonra bu məbləğ 1020 AZN-ə, 2020-ci ildə isə 10 000 AZN-ə çatdırılıb.
2020-ci ildə isə şirkətin təşkilati hüquqi forması dəyişdirilib və “Azəri Med” QSC-yə çevrilib.
“Azəri Med” QSC-nin tibb sektorunda əsas oyunçulardan biri olması təsadüfi deyil. Məsələ burasındadır ki, bu şirkətin sahibi Milli Məclisdə təmsil olunur. Söhbət 9 saylı Binəqədi seçki dairəsindən mandat qazanan Kəmaləddin Qafarovdan gedir.
“Azəri Med” QSC-nin Kəmaləddin Qafarova məxsus olması barədə mediada kifayət qədər yazılıb. Qarşı tərəf bu iddiaları indiyə qədər təkzib etməyib.
“Azəri Med” QSC demək olar ki, vaxtaşırı MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir. Bu da təsadüfi deyil.
Kəmaləddin Qafarov 2014-2015-ci illərdə MOM-un direktor müavini vəzifəsində işləyib. O, deputat olmasına baxmayaraq indi də qeyri-rəsmi olsa da, MOM-da səalihiyyət sahibi hesab olunur.
MİA.AZ
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...