Quranı yandıran Qərb İslam dünyasına meydan oxuyur? - TƏHLİL
15-01-2024 [00:08]
Ötən ay Danimarka parlamenti ictimai yerlərdə Quranın yandırılamsını qadağan edən qərar çıxardı. Səsvermədə iştirak edən 179 deputatdan 94 qərarın lehinə, 77-si isə əleyhinə səs verdi. Gördüyünüz kimi, Danimarkada parlament səviyyəsində belə Quranın ictimai yerdə yandırılmasına müsbət baxanlar, bunu təqdir edənlər kifayət qədər çoxdur və təəssüf doğurur.
Ancaq yeni qanuna Danimarka kraliçası imza atdıqdan sonra rəsmən qüvvəyə minəcək. Həmin qanuna əsasən Quranı yandıranlar cərimə olunacaqlar. Hətta onların 2 il müddətinə azadlıqdan məhrum edilməsi də mümkündür. Ötəri də olsa qeyd edim ki, Finlandiyada da belə bir qanun mövcuddur. Ona görə də son vaxtlarda Finlandiyada Qurnanın yandırlması faktı qeydə alınmayıb...
Danimarka və İsveç vətəndaşı olan “Stram Kurs” (Sərt kurs) partiyasının sədri Rasmus Paludan özü şəxsən dəfələrlə 2019, 2020 və 2022-ci illərdə Quranı yandırıb. İslam peyğəmbəri həzrəti Məhəmmədin karikaturasın nümayiş etdirib. Onun rəhbərlik etdiyi partiya Skandinaviya ölkələrində islamın qadağan edilməsini və Qərb insanına xas olmayan sifətə məxsus insanların hamısının Skandinaviyadan qovulmasını tələb edir. Bu, birmənalı olaraq faşist düşüncəsidir. Nə yazıq ki, Qərbin siyasi elitası arasında Hitlerin davamçıları çoxdur və onların sayı-sanbalı getdikcə artır...
Fransanın ”Charle Hebdo”satirik jurnalının Məhəmməd peyğəmbərlə bağlı təqdim etdiyi karikaturaların doğurduğu etiraz hələ də yaddaşlardadır. O da maraqlıdır ki, Quranı yandıranlar arasında din xadimləri də var. Məsələn, amerikalı bir rahib də Quranı yandırmaqla xristianların sevimlisinə çevrilmək istədi...
İsveçin ” Aftonbladet” qəzetinə müsahibəsində Rasmus Paludan bəyan etdi ki, Türkiyə İsveçin NATO-ya qəbul olunmasına razılıq verməyənə qədər o, hər həftə Türkiyə səfirliyi qarşısında Quranı yandıracaq. Bu sərsəm açıqlamanın ”xeyri” o oldu ki, Türkiyə İsveç müdafiə nazirinin Ankaraya səfərinin heç bir önəmi qalmadığını bəyan etdi...
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni çıxışından sonra mikrofonun söndürüldüyünü düşünüb, İslam dünyasının daha aşağı inkişaf mərhələsində olduğunu və buna görə də Qərb tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilə bilməyəcəyini bildirib.
Bu yaxınlarda isə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bu barədə birbaşa danışdı. Onun fikrincə, Qərb “çiçəklənən bağ”dır, dünyanın qalan hissəsi isə bu bağın inkişafına mane olan cəngəllikdir.
2023-cu ilin yanvarın 10-da NATO və Aİ-nin əməkdaşlıq haqqında birgə bəyannaməsi qəbul edilib. Orada birbaşa qeyd olunur ki, Şimali Atlantika Alyansı və Avropa İttifaqının qarşısında “qızıl milyard”ın maraqları naminə bütün siyasi, iqtisadi və hərbi vasitələrdən istifadə etmək vəzifəsi var. Bəs “qızıl milyard” nə deməkdir? Yəni Qərb ölkələri və onun əhalisi.
Bu “qızıl milyard” planetin digər 7 milyard əhalisi ilə ziddiyyətdədir. Ona görə də 7 milyard insanı yenidən formatlaşdırmaq, öz ehtiyaclarına uyğunlaşdırmaq, yeni tipli koloniyalara çevirmək və fasiləsiz olaraq oradan resursları çıxarmaq məqsədi güdürlər...
Ən qədim universitetlərindən biri olan Misirdəki Əl-Əzhər Universiteti İslam Dünyasında xüsusi çəkiyə malikdir.
Bu münasibətlə universitetin yaydığı bəyanatda deyilirdi: “Azğın cinayətkarların bədxahlığı, fanatizmi təbliğ edənlərin nifrəti və dini müharibələr tarixində qara keçmişi olan xəstə ruhların çılğın hərəkətləri Qurani-Kərimin müqəddəsliyinə heç bir təsir göstərməyəcək”.
2023-cü ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının (UNHRC) 53-cü sessiyası 28 iyunda Stokholmda Quranın yandırmasını pisləyən qərar qəbul etdi. Maraqlıdır ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqına daxil olan ölkələr bu qərarın əleyhinə səs verdi. Yəni yuxarıda diqqət çəkdiyimiz “qızıl milyard” anti-islam mövqeyini bir daha ortaya qoydu...
Söhbət ondan gedirdi ki, Quran yandırma mərasimi iyunun 28-də Stokholmun mərkəzindəki məscidin yaxınlığında 37 yaşlı iraqlı mühacir Salvan Momika tərəfindən həyata keçirilib.
O, Qurandan vərəqləri cırıb, vərəqlərlə ayaqqabısını silib, kitabın içinə donuz əti qoyub və nümayişkaranə şəkildə yandırıb. Şəhər rəhbərliyi hadisəni qanuni, lakin "yersiz" elan etməklə vəziyyətdən çıxmağa çalışıb. İraq İsveçdən həmin mühaciri Qurana hörmətsizlik etdiyinə görə mühakimə etmək üçün geri təhvil verməsini tələb edib. Bağdadda etirazçılar İsveç səfirliyinə hücum ediblər...
Yuxarıda amerikalı pastorun Quranı yandırmasına ötəri toxundum. Terry Jones Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarının xatirəsinə Quranın yandırdığını bildirdi...
58 yaşlı keşiş Quranı yandırmaq fikrini 2010-cu ilin iyulunda səsləndirmişdi. Yandırma sentyabrın 11-i axşam saatlarına nəzərdə tutulmuşdu. Pastorun oğlunun sözlərinə görə, 200 nüsxə Quran toplamışdı...
Quranın yandırılması planına rəsmi Vatikan, BMT-nin baş katibi Pan Gi Mun, İslam dünyası ölkələri, İndoneziya, İran, Hindistan, ABŞ dövlət katibi Hillari Klinton, ABŞ-ın baş prokuroru, NATO-nun baş katibi, ABŞ-ın bəzi dini konfessiyalarının liderləri, Əfqanıstandakı koalisiya qüvvələrinin komandanı, general Petreus, sentyabrın 9-da ABŞ prezidenti Barak Obama pastora şəxsən müraciət etdi.
Bundan sonra Terry Jones Quranı yandırmaqdan imtina etdi. Bununla belə, digər iki keşiş sentyabrın 11-də iki Quranı yandırdılar.
20 mart 2011-ci ildə Pastor Wayne Sapp Florida ştatındakı kilsəsində Terry Jones iştirakı ilə Quranı yandırdı.
Bundan sonra Böyük Britaniya Terry Jones ölkəyə girişinə qadağa qoydu. Pakistanın daxili işlər naziri Rəhman Malik ölkəsinin Pastor Terry Jonesdən dolayı İnterpola şikayət etdiyini bildirdi. Məlum olub ki, İnterpolun dərhal Papa ilə əlaqə saxlaması və Papanın “dəli keşişin” terror fəaliyyətinin qarşısını almağı tələb edəcəyi gözlənilirdi...
2012-ci ilin aprelində keşiş Quranın yandırmasını təkrarladı, buna görə də yanğın təhlükəsizliyi qaydalarını pozduğuna görə 271 dollar cərimə olundu.
2013-cü ilin aprelində keşiş 2001-ci il terror aktının ildönümünü 2998 Quran nüsxəsini (terror zamanı ölən inasanların sayı qədər) yandırmaqla qeyd etməyi planlaşdırdığını açıqladı. 2013-cü il sentyabrın 11-də axşam Floridada bir keşiş polis tərəfindən saxlanıldı: onun yük maşınında üzərinə kerosi səpilmiş və yandırmaq üçün hazırlanmış 2998 Quran nüsxəsi aşkar edildi.
Dar ağacından Məhəmməd peyğəmbərin müqəvvasının asılması da Terry Jonesin fəliyyətinə daxildir. Belə ki, o, 2012-ci ildə 11 sentyabrın növbəti ildönümü ərəfəsində Məhəmməd peyğəmbərin beynəlxalq məhkəmə günü elan etdi və kilsəsinin həyətində islam peyğəmbərinin müqəvvasını asdı. O, video mesajını öz internet səhifəsindən yaydı.
Məhəmməd peyğəmbərin aşağıdakı cinayətlərdə günahkar olduğunu iddia etdi:
1) Dünyada insanları (2 milyard müsəlman) çaşdıran yalançı peyğəmbərlik;
2) Yazdığı Quran vasitəsilə qətlə, zorlamaya və soyğuna təhrik etmək;
3) İslamın 1400 illik tarixində 370 milyon insanın ölümünə səbəb olan qadınlara, azlıqlara, xristianlara və hər hansı qeyri-müsəlmana qarşı qəddarlıq.
Keçən yazımda İslamın qızl dövründən bəbs etmişdim. VIII-XIII əsrləri əhatə edən bu dövrdə islam alimləri dünya elminin özülünə təməl daşları döşəyiblər.
Çağdaş dünya elmi də həmin təməl daşlarının üzərində dayanıb. Təbii ki, Müəlman Şərqinə səlib yürüşləri təşkil edənlərin düşüncəsinə sığınan belə xristian din xadimləri bəşər sivilizasiyasına təhlükədir...
Terry Jonesin 2012-ci ildə İslam ölkələrində qəzəb doğuran və Amerika diplomatik missiyalarına hücumlara səbəb olan “Müsəlmanların məsumluğu” filminin prodüseri oldu. Terry Jones bu filmi 11 sentyabr 2012-ci ildə öz tərəfdarlarına göstərdi.
O, bu günü “Məhəmmədin Beynəlxalq Mühakimə Günü” adlandırdı. Bundan sonra o, Pro NRW (“Şimali Reyn-Vestfaliya üçün”) və Pro Deutschland (“Almaniya üçün”) daxil olmaqla bir neçə ifrat sağçı təşkilat tərəfindən Almaniyaya dəvət olundu. Üstəlik, “Pro Deutschland” “Müsəlmanların məsumluğu” filmini öz saytında yerləşdirdi və onu Berlində nümayiş etdirəcəyini bildirdi.
Lakin Almaniya Daxili İşlər Nazirliyi Almaniya ərazisində yaşamaq haqqında qanun və Şengen müqaviləsi əsasında pastorun ölkəyə girişini qadağan etdi. Bu filmin istehsalında iştirakına görə Terry Jonesin Misir məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edildi. Pastor bu məhkəmə qərarını “söz azadlığına nifrət edən İslamın əsl siması” adlandırıb...
Danimarka və Finlandiya Quranın yandırlmasını qanunla yasaqlayıb. Bu ölkələrdə söz azadlığı mövcud deyilmi?
Ancaq elə düşünməyin ki, bu tendensiya arxada qalıb. Şənbə günü Hollandiya polisi Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveldin müsəlmanların müqəddəs kitabı Qurana qarşı təşkil etdiyi hücumu dayandırmağa çalışan qrupla əlbəyaxa olub. Mərakeş əsilli Arnhem Bələdiyyə Başçısı Əhməd Markuş Hollandiyada müqəddəs kitabın yandırılmasının qadağan olunmadığını deyib.
Markuş qeyd edib ki, belə bir hərəkət insanlara pis təsir edir, bu, başa düşüləndir. Ancaq zorakılığa əl atmaq qəbuledilməzdir.
Gördüyünüz kimi, Hollandiyada yaşayan müsəlman da artıq faşist düşüncəli siyasətçilərin müdafiəsinə qalxır. Əks təqdirdə o, bir daha bələdiyyə sədri seçilə bilməz.
Nə yaxşı ki, heç də bütün müsəlmanlar belə xəyanət yolu tutmayıblar. Belə ki, Arnhemdəki Denk Partiyasından olan Hollandiya-Türkiyə qrupunun məclis üzvü Yıldırım Usta açıqlamasında PEGİDA-nın Quran hücumuna icazə verdiyi üçün Markuşi tənqid edib.
Cənab Usta Quranın yandırılmasını söz azadlığı adı altında islama qarşı nifrət püskürən cinayəti kimi təsbit edib...
Şübhəsiz ki, Hollandiyada da Qurnaın yandırılması qanunla qadağan olunmalıdır.
Mən İsveçrədə yaşayıram. Bu məsələ ilə bağlı bəzən belə fikirlər eşidilir ki, xristianlar Quranı yandırır, Məhəmməd peyğəmbəri təhqir edir, müsəlmanlar da İncili yandırsın, İsanı təhqir etsin. Bununla da məsələ bitsin. Belələrinə izah etməyə çalışmışam ki, müsəlmanlar üçün İncil müqəddəs kitabdır, İsa isə peyğəmbərdir. Ona görə də bir müsəlman belə bir iş görə bilməz. O cümlədən müsəlman Tövratı da yandırmaz. Ümumiyyətlə, xalqlar, dini icmalar, sivilizasiyalar arasında düşmənçilik toxumu səpmək yox, xoş münasibətlər üçün körpülər qurmaq lazmdır. Hörmət və ehtiram müfaviq olaraq hörmət və ehtiram doğurur. Nifərt isə qəzəbləri coşdurur və bəşəri şüursuz və məntiqsiz davranışlara sürükləyir...
Bir şeyi də deyim. Öz iyrənc əməllərinə bəraət qazandırmaq istəyənlər deyirlər ki, Quranı tarixdə ilk dəfə yandıran elə müsəlmanlar olub. İlk baxışda düz deyirlər. Belə ki, Rəşidi xilafətinin üçüncü xəlifəsi Osman ibn Əffan (644–656) Quran mətnlərini bir araya yığdı. Fərqli ardıcıllıqla olan ayələri islam bilicilərinin köməyi ilə nizama saldı. Nəticədə indi də ortada olan Quran yarandı. Yəni bu yandırma islamın birliyini mühafizə etməyə xidmət edib. Məsələn, hazırda xristianlar arasında İncilin müxtəlif versiyaları var. Və hər bir qrup da öz versiyasını doğru sayır. Ancaq Quranın heç bir versiyası yoxdur. Quran vahid şəkildə tərtib olunmuş kitabdır və bu, islama böyük üstünlüklər verir..
Elbəyi Həsənli,
Sürix
MİA.AZ
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək