Fərqli sahələrdə uğur qazanmış vətənpərvər, dürüst və vicdanlı kadr... - Vahid Tağıyev yazır
13-01-2024 [15:05]
Əbdülov Gündüz Əliş oğlu Milli Müdafiə Universitetinə rektor təyin edilib.
Təbrik edirik! Dövlətimiz, milli müdafiəmiz, ordumuz üçün xeyirli, uğurlu olsun!
Gündüz müəllim bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Daxil Nəzarət şöbəsinin müdiri olub. Daha əvvəl isə Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəisi və TƏBİB-də aparat rəisi olaraq fəaliyyət göstərib.
Gündüz Əbdülovu nə yaxşı ki, yaxından tanımışam. O, ömrürm boyu qarşılaşdığım ən mükəmməl, nadir insanlardan biridir. Böyük amallar, ideyalar daşıyıcısıdır. Sadəlik, səmimilik, obyektivlik, ədalətlilik və məsuliyyət hissi ilə yoğrulmuş insandır.
Gündüz müəllim sübut etmişdir ki, təkəbbürdən, eqoizmdən uzaq, sadə, səmimi olaraq da prinsipial, uğurlu məmur və lider olmaq mümkündür.
Onun çoxşaxəli fəaliyyətini izlədikcə əmin olursan ki, mükəmməl ilkin baza təhsilinə, bilik və bacarıqlara sahib olmaqla istənilən sahədə, cevik yeniləşən tələbatlara uyğun rəqabətqabiliyyətli kadr kimi fəaliyyət göstərmək olar.
Gündüz müəllimin hərbi sahədə təhsili və fəaliyyəti haqqında:
Əbdülov Gündüz Əliş oğlu 1976-cı ildə Şuşa şəhərində anadan olub.
2000- ci ildə Türkiyə Respublikası Milli Müdafiə Universitetində “sistem mühəndisliyi” ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili almış, 2016-cı ildə Azərbaycan Respublikası Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirmişdir.
2000-ci ildən etibarən Azərbaycan Ordusunda “leytenant” hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində “polkovnik” hərbi rütbəsinədək yüksəlmişdir.
Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi – Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində başda NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir.
Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir.
2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsinə təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyyənin təşkilinə rəhbərlik etmişdir.
Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", 90 illiyi (1918-2008), 95 illiyi (1918-2003), 100 illiyi (1918-2018) yubiley, “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, eləcə də Vətən Müharibəsi dövründə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”medalları ilə təltif olunmuşdur.
Hörmətli Gündüz müəllim, böyük amallar naminə Sizə möhkəm can sağlığı, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram!
Vahid Tağıyev
MİA.AZ
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."